Yeni münaqişə ocağı neftin qiymətini daha da artıracaq
22.07.2026 [23:17]
Yaxın Şərqdə yeni münaqişə ocağının qızışması gözlənilir ki, bu da dünya bazarında neftin qiymətinin kəskin şəkildə artmasına səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, Yəmənin husi qiyamçıları müraciət paylaşaraq Səudiyyə Ərəbistanını dəniz blokadasına aldığını bəyan edib. Müraciətdə deyilir ki, Qırmızı dənizdən Səudiyyə Ərəbistanının limanlarına daxil olan və tərk edən bütün gəmilər hədəf alınacaq.
Hörmüz boğazının bağlı qalması ilə əlaqədar olaraq Yaxın Şərq ölkələri Qırmızı dəniz vasitəsilə dünya bazarına xam neft ixracını artırmışdı. Hörmüz boğazı qədər geniş infrastruktura malik olmasa da, Qırmızı dənizdən neft ixracının həyata keçirilməsi bazarda neftin qiymətinin 100 dolları aşmasının qarşısını alırdı.
Husilərin bəyanatından sonra iyulun 21-də bir bareli 91 dollara satılan “Brent” markalı xam neftin qiyməti iyulun 22-də 92,02 dollara satılır. Bununla yanaşı, “Light” markalı neftin qiyməti 1,80 dollar artaraq 85,03 dolara yüksəlib. Azərbaycanın “Azeri Light” markalı nefti 98,73, Rusiyanın “Urals” markalı nefti isə 68,80 dollara kimi bahalaşıb.
“Bloomberg” yazır ki, Hörmüz boğazının açılması istiqamətində göstərilən cəhdlər əks təsir verir və vəziyyət düzəlməkdən daha da gərginləşir. İran və ABŞ-nin qarşılıqlı addımları dünya bazarında təkcə neftin deyil bütün istehlak mallarının bahalaşmasına səbəb olacaq.
Digər tərəfdən sığorta şirkətləri Yaxın Şərqdən neft daşıyan tankerləri sığortalamaqdan imtina edirlər. Tanker və digər yük gəmilərinin Hörmüz boğazında və Qırmızı dənizdə keçdiyi zaman təhlükəsizliyinə zəmanət verilmir. Bu səbəbdən də sığorta şirkətləri gəmilərə qarşı baş verəcək hər hansı bir hərbi hücum nəticəsində külli miqdarda sığorta pulu ödəmək məcburiyyətində qalırlar ki, bu da onları maliyyə itkisi ilə üz-üzə qoyur. Şirkətlərin bu addımı da bazarda neftin qiymətinin artmasına səbəb olur.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45

