Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avqustda sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq?

Avqustda sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq?

05.08.2026 [13:58]

Avqust ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı, Mingəçevir, Kəlbəcər, Lənkəran, Şəki, Samux, Xaçmaz və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər təşkil olunacaq.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, onlayn və oflayn formatlarda baş tutacaq görüşlər balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı, ISO standartları və keyfiyyətin idarə edilməsi, heyvandarlıq və arıçılığın inkişafı, özünüməşğulluq proqramının yaratdığı biznes imkanları, turizm, kiçikhəcmli qayıqların istehsalı və istismarı, rəqəmsal həllərin biznesdə tətbiqi, istixana fəaliyyəti, kommunal xidmətlərə qoşulma, eləcə də karbon izinin azaldılması mövzularını əhatə edəcək.

Görüşlərdə KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı son yeniliklər, müvafiq sahələrdəki imkanlar və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verəcək, biznes subyektlərini maraqlandıran sualları cavablandıracaqlar.

Sahibkarlar avqust ayında keçiriləcək sahəvi görüşlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://smb.gov.az/az/events?slug=gorus

Paylaş:
Baxılıb: 358 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30