Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İnspeksiya orqanlarının nümayəndələri Keyfiyyət informasiya sistemindən istifadə barədə məlumatlandırılıblar

İnspeksiya orqanlarının nümayəndələri Keyfiyyət informasiya sistemindən istifadə barədə məlumatlandırılıblar

05.08.2026 [16:37]

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş keçirilib. Görüşdə yoxlama fəaliyyətini həyata keçirən 13 inspeksiya orqanının nümayəndəsi iştirak edib.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyindən verilən məlumatda bildirilir.

Görüş zamanı qurumun Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev deyib ki, müvafiq qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların uyğunluğun qiymətləndirilməsi fəaliyyəti, o cümlədən inspeksiya orqanlarının fəaliyyətinin nəticələri Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) vasitəsilə rəsmiləşdirilməlidir.

Daha sonra agentliyin əməkdaşı Nəriman Kamallı sözügedən informasiya sistemində sənədlərin yaradılması və rəsmiləşdirilməsi üsulları, o cümlədən uyğunluğu qiymətləndirən qurumların fəaliyyəti üzrə aparılan təhlillərə və statistik göstəricilərə dair təqdimatla çıxış edib.

Görüşdə, həmçinin “E-keyfiyyət.gov.az” informasiya sistemi vasitəsilə inspeksiya orqanlarının rəylərinin “ASAN İmza” və ya elektron imza ilə yaradılması, QR kodla təsdiqlənən sənədlərin həqiqiliyinin operativ qaydada yoxlanılması imkanları vurğulanıb. Sözügedən informasiya sistemindən istifadənin akkreditasiya sahəsində qanunvericiliyin tələblərinə əməl olunması və xidmət keyfiyyətinin artırılmasında əhəmiyyətinə diqqət çəkilib.

Sonda inspeksiya orqanlarının rəy və təklifləri dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 373 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30