Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib
24.08.2026 [18:25]
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə “Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı” təsdiq edilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni sənədlə qida məhsullarının istehsalı zamanı istifadə olunan və hazır məhsulda mövcudluğunu saxlayan, allergiya və ya dözümsüzlüyə səbəb ola bilən maddə və qida məhsulları müəyyənləşdirilib. Siyahı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları və beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanıb.
Təsdiq edilmiş allergenlər siyahısına qlüten tərkibli taxıllar, xərçəngkimilər, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları, qərzəkli meyvələr, kərəviz, xardal, küncüt, kükürd dioksid və sulfidlər, acı paxla, həmçinin molyusklar daxildir
Qanunvericiliyin tələblərinə əsasən, allergenlər mütləq şəkildə qida məhsulunun etiketində aydın şəkildə əks etdirilməlidir. Bu, istehlakçıya məhsul seçimi zamanı onun tərkibini düzgün qiymətləndirməyə və sağlamlığı üçün yarana biləcək risklərdən qorunmağa imkan verir.
Allergenlərin qida məhsulunda mövcudluğu yalnız əsas xammal və ya inqrediyentlərlə bağlı olmaya bilər. Belə maddələr məhsulun hazırlanması zamanı istifadə olunan digər inqrediyentlərdən, eləcə də istehsal prosesində allergenlərlə təmasda olmuş avadanlıq və digər vasitələrdən məhsula keçə bilər. Bu baxımdan qida məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar məhsulların tərkibində allergenlərin mövcudluğunu düzgün müəyyənləşdirməli və bununla bağlı məlumatların etiketdə əks etdirilməsini təmin etməlidirlər.
Tələblər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə həmin tarixədək məhsulların etiketlənməsi, məhsulların tərkibi barədə məlumatların dəqiqliyinin təmin edilməsi və allergenlərin müəyyənləşdirilməsi ilə bağlı zəruri hazırlıq işlərini həyata keçirməyi tövsiyə edir.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25

