SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalardan istifadə edir
07.09.2026 [15:52]
SOCAR 2050-ci ilədək xalis sıfır emissiyaya nail olmağı, hasilat sektorunda metan intensivliyini isə 0,2 faizədək azaltmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" mövzusunda keçirilən sessiyada çıxışı zaman SOCAR-ın Ekoloji açıqlamalar və yaşıl məsələlər departamentinin rəhbəri Mustafa Qurbanlı deyib.
SOCAR-ın nümayəndəsi bildirib ki, şirkət qarşıya qoyulan məqsədlərə nail olmaq üçün beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq edir:”SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) həmtəsisçilərindən biridir, Neft və Qaz Metanı üzrə Tərəfdaşlığa (OGMP 2.0) qoşulub. Şirkət ilk hesabatını 2025-ci ildə təqdim edib. Metan emissiyalarının müəyyənləşdirilməsi və azaldılması məqsədilə SOCAR peyk, dron və yerüstü ölçmə texnologiyalarından istifadə edir. GHGSat ilə əməkdaşlıq nəticəsində qurudakı aktivlərdə mühüm emissiya mənbələri müəyyən edilərək aradan qaldırılıb. SOCAR, həmçinin BMT-nin Ətraf Mühit Proqramının MARS sistemi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 100 milyon kubmetrdən çox emissiyanın azaldılmasına və həmin metanın yenidən sistemə qaytarılmasına nail olunub. Neft Daşlarında aparılan yerüstü ölçmə kampaniyası zamanı isə 1 000-dən çox sızma müəyyən edilərək, aradan qaldırılıb”.
Mustafa Qurbanlı diqqətə çatdırıb ki, SOCAR metan emissiyalarının idarəolunmasında süni intellektdən də istifadə edir. Şirkətin daxilində hazırlanmış “Methane AI” proqramı emissiyaların prioritetləşdirilməsinə və potensial risklərin proqnozlaşdırılmasına imkan verir. Hazırda proqramın regional tərəfdaşlarla paylaşılması və inkişaf etdirilməsi istiqamətində iş aparılır.
Xəbər lenti
Hamısına baxDünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35

