Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib

2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib

16.09.2026 [15:10]

Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş siyahıya əsasən gələn il ekologiya, kənd təsərrüfatı və sosial sahələr üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən ekologiya, kənd təsərrüfatı və sosial sahələrdə strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.

Siyahıda yer alan “Quba-Xaçmaz bölgəsində bərk məişət tullantılarının idarə olunması”, “Kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar komplekslərinin yaradılması” və “Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzil təminatı” layihələri ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq sosial və iqtisadi sahələrdə infrastrukturun təkmilləşdirilməsinə, ətraf mühitin qorunmasına yönəlib.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bu layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, investisiyaların artırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihələr barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30