Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Adil Kərimli: “Ölkəmizdə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunan model formalaşıb”

Adil Kərimli: “Ölkəmizdə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunan model formalaşıb”

17.09.2026 [12:55]

“Azərbaycan multikultural dəyərlərin təqdim edilməsi və qorunması istiqamətində özünəməxsus bir model formalaşdırıb. Bu model artıq beynəlxalq səviyyədə də nümunə kimi təqdim olunur”.
Bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, mədəni irsin qorunmasının əsas istiqamətlərindən biri tarixi-dini abidələrin mühafizəsidir:

“Bu abidələr özünəməxsus xüsusiyyətlərə malikdir və onların qorunması ilə bağlı məsələlərin panel müzakirələri çərçivəsində daha geniş və ətraflı müzakirə olunacağına əminəm. Çünki bu istiqamətdə geniş müzakirəyə ehtiyac var”.
Adil Kərimli dövlətin ölkə ərazisində və ölkə hüdudlarından kənarda yerləşən mədəni irs nümunələrinin qorunmasına, onların bərpası və konservasiyasına xüsusi diqqət yetirdiyini vurğulayıb.

“Bu fəaliyyətin geniş şəkildə təmin olunması istiqamətində mühüm işlər həyata keçirilir. Ölkə ərazisində yerləşən bütün tarixi abidələr, eləcə də tarixi-dini abidələr dövlət tərəfindən qorunur və onların mühafizəsinə xüsusi diqqət yetirilir. Abidələrin bərpası və konservasiyası kompleks şəkildə həyata keçirilir. Bu gün biz son bərpa işləri ilə tanış olduq. Bərpa işləri ilə yanaşı, ibadət ocaqlarında həyata keçirilən yenidənqurma və təmir işlərinin də nümunələrini gördük”, – deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, dünyada həm qlobal, həm də milli səviyyədə tarixi-mədəni irsin qorunması istiqamətində çoxşaxəli çağırışlar mövcuddur.

“Əminəm ki, bu çağırışların daha ətraflı müzakirəsi bu gün davam etdiriləcək. Görüşdə çox dəyərli mütəxəssislər, dövlət qurumlarının, eləcə də elmi-akademik təsisatların nümayəndələri iştirak edirlər”, – Adil Kərimli əlavə edib.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30