Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tarixi dini abidələrin hər birinin özünəməxsus tarixi və əhəmiyyət daşıyan hekayəsi var

Tarixi dini abidələrin hər birinin özünəməxsus tarixi və əhəmiyyət daşıyan hekayəsi var

17.09.2026 [12:53]


"Azərbaycanda yüzlərlə tarixi dini abidə – məscid, kilsə və sinaqoq bu gün də fəaliyyət göstərir və həmin məkanlarda dini icmaların fəaliyyəti davam edir".

Bu fikirləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.

Qeyd olunub ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində keçirilən tədbirin əsas məqsədi tarixi dini abidələrin qorunması, təmiri və bərpası, onların gələcək nəsillərə çatdırılması, həmçinin bu prosesdə dini icmaların və din xadimlərinin rolunun müzakirəsidir.

Çıxışda Həzrət İlahı məscidi, Bibiheybət məscidi, Şamaxı Cümə məscidi, Gəncə İmamzadəsi, alban və rus pravoslav kilsələri, eləcə də Bakı, Oğuz, Quba və Qırmızı Qəsəbədə fəaliyyət göstərən sinaqoqlar xüsusi vurğulanıb. 

O da bildirilib ki, tarixi dini abidələrin hər birinin özünəməxsus tarixi və cəmiyyət üçün əhəmiyyət daşıyan hekayəsi var. Konfransda bu abidələrin qorunması istiqamətində dövlət qurumları ilə dini icmalar arasında koordinasiyanın daha da gücləndirilməsi məsələləri də müzakirə edilir.

Tarixi dini abidələrin əhəmiyyəti yalnız onların ibadət məkanı və ya memarlıq nümunəsi olması ilə məhdudlaşmır. Bu abidələr Azərbaycan xalqının mənəvi və tarixi yaddaşını özündə əks etdirir. Eyni zamanda, onlar Azərbaycana xas məzhəblərarası birliyin, dinlərarası dialoqun və mədəni dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30