“Sovetski”də müasir standartlara uyğun parklar salınacaq
12.03.2014 [09:36]
Memar Laura Peretti: Dünyanın bəzi ölkələrində şəhərin mərkəzində yaşıllığı məhv edib yerində göydələnlər tikirlər, sizdə isə əksinə, köhnə evlərin yerində ecazkar park salmağa qərar verilib, bu, çox sevindiricidir
Bu bir həqiqətdir ki, Azərbaycanda son 10 ildə aparılan abadlıq-quruculuq işləri öz növbəsində şəhərsalmanın inkişafına təkan verib, bu sahədə yeni dövrün başlanğıcını qoyub. Hər halda təkcə paytaxt Bakıda deyil, ölkəmizin hər yerində müşahidə edilən yeniliklər belə deməyə əsas verir. Belə ki, məhz həyata keçirilən işlər nəticəsində paytaxt Bakı ilə yanaşı digər şəhərlərimiz də simasını dəyişir, yeni parklar, xiyabanlar salınır, milli memarlığımızın zəngin ənənələrinə əsaslanan çox gözəl binalar inşa edilir. Yəni, ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri, respublikamızda şəhərsalma sahəsində görülən işlər Bakının və ümumilikdə Azərbaycanın gözəlliyinə ayrı bir gözəllik qatmaqdadır.
Onu da vurğulamaq yerinə düşər ki, Bakı gözəlləşdikcə, müasirləşdikcə paytaxtımıza qonaq gələn xarici turistlər paytaxtımızdakı inkişafı gözləri ilə görür və gecələr işıq saçan şəhərimizdən gözlərini çəkə bilmirlər. Bunu özləri də etiraf edirlər ki, hər dəfə Bakıya gələndə şəhərimizdə böyük yeniləşmənin, müasirləşmənin şahidi olurlar.
“Sovetski”nin yerində müasir parklar salınacaq və bu ərazi şəhərin ən gözəl yerlərindən birinə çevriləcək
Məlum olduğu kimi, hər gün yeniləşən və müasirləşən Bakının gözəlləşməsi fonunda köhnə “Sovetski” adlanan ərazinin yenidən, tam müasir dünya standartlarına uyğun bir şəkildə formalaşdırılması ilə bağlı dövlət tərəfindən xüsusi fəaliyyət planı həyata keçirilir. Həmin ərazidə yerləşən köhnə, uçuq-sökük evlərin yerində müasir parklar salınacaq və ora heç şübhəsiz ki, şəhərin ən gözəl yerlərindən birinə çevriləcək.
Ümumiyyətlə, ətraf mühitin qorunması insanların müqəddəs işlərindən biri olmalıdır. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir, həm də göz oxşayır. Azərbaycanda yaşıllaşdırma zolaqlarının salınması prosesinə uzun illərdir ki, başlanıb.
“Sovetski” adlanan ərazi söküldükdən sonra Bakı şəhərində estetik zövq formalaşacaq
Ekspertlər bildirirlər ki, ilk növbədə “Sovetski” adlanan ərazi söküldükdən sonra Bakı şəhərində estetik zövq formalaşacaq. Həmin ərazidə geniş meşə-parklar salınacaq ki, bu da şəhərin ekoloji cəhətdən təmiz qalmasına böyük şərait yaradacaq. Yaşıllıq ancaq landşaft arxitekturası, gözəllik üçün deyil, həm də ekoloji durumu yaxşılaşdırmaq üçün vacibdir. Bir neçə ildən sonra həmin ərazidə əkilən ağaclar böyüyərək ekologiyanın təmizliyinə öz töhfəsini verəcək.
Ərazidə salınacaq parklar Bakının “yaşıl ağciyərləri” rolunu oynayacaq...
Yeri gəlmişkən, dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti “Sovetski” adlanan ərazidə parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Sözügedən memar mətbuata açıqlamasında bildirib ki, təklif etdikləri layihə bu gün Bakının mərkəzində mövcud olan parklara bənzəmir. Rəhbəri olduğu “Studioinsito” memarlıq studiyası üçün Azərbaycanın Şəhərsalma və Arxitektura Dövlət Komitəsinə bu layihəni təqdim etməyin böyük fəxr olduğunu qeyd edən Laura Peretti bildirib ki, bu park şəhərin səs-küyündən, necə deyərlər, qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-York Mərkəzi Parkına bənzəyir: “Mən bu parkı şəhərin “yaşıl ağciyərləri”nə bənzədərdim. Çünki həm ahıl adamların, xüsusən, böyüməkdə olan nəslin sağlamlığı bizim üçün olduqca qiymətlidir. Dünyanın bəzi ölkələrində şəhərin mərkəzində yaşıllığı məhv edib yerində göydələnlər tikirlər, sizdə isə əksinə, köhnə evlərin yerində ecazkar park salmağa qərar verilib, bu, çox sevindiricidir.
Mənim təklif etdiyim park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur. Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu şəbəkə bəzi yolların genişləndirilməsini, eləcə də, yeraltı yolların inşasını nəzərdə tutur”.
Bundan başqa sözügedən ərazidə hər hansı bir hündür binanın inşa olunmayacağını bildirən memar layihənin strategiyasında ərazidə mövcud olan və Azərbaycanın memarlıq abidələri hesab olunan tikililərin, eləcə də, artıq inşasına başlanmış tikililərin qorunub saxlanmasının nəzərdə tutulduğunu sözlərinə əlavə edib: “Siz bu ərazidən Təzə Pir məscidinə açılan geniş yaşıllıq kompleksi sayəsində məscidi, hətta uzaqdan seyr etmək imkanı əldə edəcəksiniz. Yeganə yeni tikinti böyük Azərbaycan ənənələri ruhunda “Şəbəkə” olacaq. Bu “Şəbəkə” uzun örtülü iki səviyyəli qalereya şəklindədir, bura geniş parkinq, bar, fitnes klub, uşaqlar üçün oyun meydançaları, mədəniyyət mərkəzləri, mağazalar və digər xidmətlər daxildir. Şəhər və park arasında keçid rolunu oynayan, Alov Qüllələri ilə İnşaatçılar prospektini vizual şəkildə birləşdirən “Şəbəkə” həmçinin, Bakının gecə həyatının mərkəzinə çevrilə bilər. Yuxarıdan baxanda “Şəbəkə” gecə işıqlarının nurunda böyük parlaq xalçaya bənzəyir”.
Onun sözlərinə görə, hazırda şəhərin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, bu isə imkan verir ki, yaşıllaşdırma ilə bağlı problemləri əvvəlki illərlə müqayisədə daha asan həll olunsun: “Lakin bu işdə bilik və təcrübə xüsusilə vacibdir. Məhz elə buna görə də, biz Azərbaycanın iqlim və yaşıllıq məsələləri ilə yaxından tanış olan xanım Rozi Aqaravattini məsləhətçi kimi bu işlərə cəlb etdik”.
Beləliklə, hər şey gün kimi aydındı. O mənada ki, yeniləşən və müasirləşən paytaxtımızın daha da gözəlləşməsi fonunda köhnə “Sovetski” adlanan ərazidə müasir standartlara uyğun infrastrukturun, gözəl istirahət məkanının yaradılması, nəqliyyat sisteminin yenidən qurulması ilə bağlı dövlət tərəfindən xüsusi fəaliyyət planının həyata keçirilməsi dövrün tələbidir. Bu yöndə atılan istənilən addım isə sadəcə alqışlanmalıdır.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

