Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə keçirilib
16.10.2026 [13:04]
Oktyabrın 16-da “A.M.Şərifzadə küç. 212” ünvanı üzrə (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və xəstəxananın həkim kontingenti iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizin sosial-iqtisadi inkişafında və səhiyyə sisteminin müasirləşdirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolu olduğunu diqqətə çatdırıb. E.Qasımov tibb müəssisələrində partiya ideologiyasının təbliği, tibb personalının dövlətçilik prinsiplərinə sadiqliyi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən bəhs edib, xəstəxana kollektivinin hər zaman dövlət siyasətini fəal şəkildə dəstəklədiyini vurğulayıb.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn əsas prioritetləri və mühüm vəzifələri geniş şəkildə diqqətə çatdırıb. B.Nəbiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında təsis edilən Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və dövlət müstəqilliyinin möhkəmlənməsinin başlıca qarantına çevrilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Məhz bu tarixi reallıqlar fonunda keçirilən VIII Qurultay partiyamızın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur. YAP Yasamal rayon təşkilatının sədri xüsusi olaraq qeyd edib ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya rəhbərliyinin tapşırıqlarına uyğun olaraq ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ideoloji işin keyfiyyətinin yüksəldilməsi və partiya intizamının möhkəmləndirilməsi günün baş tələblərindən biridir. O, səhiyyə müəssisələrində fəaliyyət göstərən ərazi təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək, tibb işçilərinin ictimai-siyasi süreçlərdə fəallığının artırılmasının, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının və partiya sıralarının keyfiyyətcə yeni üzvlərlə genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. B.Nəbiyev rayon təşkilatının bundan sonra da qarşıya qoyulan məqsədlərə çatmaq üçün ardıcıl və məqsədyönlü addımlar atacağını diqqətə çatdırıb.
Çıxış edənlər Respublika Klinik Xəstəxanasının cərrahi xidmətlər üzrə direktor müavini Sahib Hüseynov, Respublika Klinik Xəstəxanasının terapevtik xidmətlər üzrə direktor müavini Mina Adıgözəlova və Respublika Klinik Xəstəxanasının şöbə müdiri, ərazi partiya təşkilatının sədr müavini Naidə İbadova ərazi partiya təşkilatının fəaliyyəti, kollektivdə aparılan ideoloji və maarifləndirmə işləri barədə fikir bildiriblər. Çıxışçılar tibb işçilərinin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti tam dəstəklədiklərini, Vətən müharibəsində və ondan sonrakı dövrdə tibb personalının göstərdiyi fədakarlığın dövlətçiliyə sadiqliyin bariz nümunəsi olduğunu qeyd ediblər. Həmçinin ərazi partiya təşkilatının bundan sonra da qarşıda duran tapşırıqları yüksək səviyyədə icra edəcəyini vurğulayıblar.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
İqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49

