Azərbaycanda inflyasiyanın və ərzağın bahalaşmasının iqtisadi əsasları yoxdur
23.02.2015 [10:36]
Hazırda bank sektorunun öz ahəngdar fəaliyyətini davam etdirməsi respublikamızda yeni məzənnə siyasəti ilə bağlı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlinəcəyinə və bununla bağlı narahatlıq yaşanmayacağına böyük əminlik yaradır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qərarı ilə ölkəmizdə cari il fevralın 16-dan etibarən yeni məzənnə siyasətinə keçilib. Əlamətdar haldır ki, Mərkəzi Bankın daxili bazarın qorunması, ölkənin ixrac imkanları üçün yaranan təhdidlərin aradan qaldırılması məqsədi ilə zəruri adekvat tədbir kimi atdığı bu addım həm də əhalinin sosial müdafiəsi kimi çox həssas məsələ ilə bağlı olsa da, bütövlükdə Azərbaycan cəmiyyəti yeni məzənnə siyasətinə keçidi müsbət ictimai rəylə qarşılayıb. Müəyyən destruktiv qüvvələrin ciddi-cəhdlərinə baxmayaraq, ölkəmizdə yeni məzənnə siyasəti ilə bağlı hər hansı ajiotaj hiss olunmur.
Azərbaycanın güclü iqtisadi potensialı ölkədə sabit maliyyə durumunun təmin olunmasını, o cümlədən də çevik məzənnə siyasəti həyata keçirilməsini şərtləndirir
Məlumdur ki, hazırda qlobal miqyasda arzuolunmaz proseslər müşahidə edilir. Təkcə ötən il Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişib. İndiki şəraitdə iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir.
Dünya üçün ağır keçən son illərdə Azərbaycan sözün əsl mənasında sabitlik adası və inkişaf məkanı kimi səciyyələnib. Ötən il respublikamızda ümumi daxili məhsul istehsalında 3 faizlik artıma nail olunub, ölkənin qeyri-neft sektorunda isə artım 7 faizə çatıb. Bütövlükdə, beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən, qeyri-neft sektoru 55 faiz genişlənib. Dünyada müşahidə edilən kataklizmlərə baxmayaraq, Azərbaycan öz maliyyə sabitliyini qoruyub saxlayır. Artıq ölkəmizin ümumi daxili məhsulun təxminən 70 faizi həcmində olan strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb. Respublikamızın xarici borclanması da optimal həddədir. Hazırda respublikamızın xarici borclanması strateji valyuta ehtiyatlarına nisbətdə cəmi 8 faiz həddindədir ki, bu da bütün dünya üzrə çox aşağı göstəricidir.
Bütün bunlar Azərbaycanın qlobal risklərə dayanıqlılığını, o cümlədən də, ölkədə sabit maliyyə durumunun təmin olunmasını və çevik məzənnə siyasəti həyata keçirilməsini şərtləndirir.
Respublikanın bank-maliyyə sistemi ahəngdar işini davam etdirir
Son illərdə respublikanın bank sistemi də əhəmiyyətli dərəcədə möhkəmlənib və özünün maliyyə rezervlərini xeyli artırmağa nail olub. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, 2014-cü ildə Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlılığı təmin olunub, sektor aktiv olaraq ölkədəki iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləyib. Azərbaycan maliyyə sisteminin 90 faizini təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha da gücləndirib, bankların kapitalizasiyası davam edib. 2012-ci ildə bankların minimum kapitalının artırılması və əlavə kapitallaşması haqqında qərarın qəbulundan sonra onların məcmu kapitalı təxminən 2 dəfə artıb. Qlobal maliyyə turbilentliyi şəraitində yüksək kapitallaşma bu gün bank sektorunun maliyyə sabitliyinin əsas dayağıdır. Bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetirib və 10-a yaxın bankın kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank sektorunun sürətli artım templəri sayəsində hazırda ölkə iqtisadiyyatının maliyyə dərinliyi təxminən 78 faizə çatıb.
Bütün bu göstəricilər ölkəmizin bank sektoruna böyük inam yaradır. Hazırda ölkənin bank sektoru yeni məzənnə siyasəti ilə bağlı hər hansı tərəddüdlər keçirmir və öz ahəngdar işini davam etdirir. Bu isə onu deməyə əsas verir ki, respublikamızda yeni məzənnə siyasəti ilə bağlı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlinəcək və bununla bağlı respublikada narahatlıq yaşanmayacaq.
Ölkədə cari ildə də birrəqəmli inflyasiya oriyentiri hədəflənib
Təbii ki, yeni məzənnə siyasətinə keçidlə bağlı narahatlıq yaradan məsələlərdən biri inflyasiya ilə bağlıdır. İnsanlar sual edirlər: Bu addım manatın devalvasiyasına, qiymətlərin yüksəlməsinə yol açmayacaq ki? Məlumdur ki, son vaxtlarda ayrı-ayrı ölkələrdə xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranı yaşanıb. Nəticədə, bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya uğrayıb. Məsələn, rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşıb.
Lakin Azərbaycan manatının rəqabətqabiliyyətliliyini qlobal məkanda baş verən proseslərdən qorumaq mümkün olub. Verilən məlumatlardan aydın olur ki, Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirlərini bundan sonra da davam etdirəcək. Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın kəskin devalvasiyaya uğrayacağı barədə səsləndirilən iddiaları birmənalı şəkildə təkzib edərək bildirib ki, bundan sonra da manatın devalvasiya edilməsi gündəmdə duran mövzu deyil və buna iqtisadi əsaslar da yoxdur. “Bir çox dövlətlər öz milli valyutalarını kəskin şəkildə devalvasiya etdilər. Azərbaycan dövləti devalvasiya etməyi düşünmür. Bunun üçün heç bir səbəb yoxdur”.
Həmçinin, Azərbaycanda yeni məzənnə siyasətinə keçidlə bağlı inflyasiya dalğası gözlənilmir. Bu da, ilk növbədə, onunla bağlıdır ki, Azərbaycan zamanında özünün daxili tələbatını yerli istehsal hesabına təmin etməyin qayğısına qalıb. Bununla bağlı fikirlərini ifadə edən Mərkəzi Bankın sədri yerli mətbuata müsahibəsində bildirib: “Nəzərə almaq lazımdır ki, bu gün bizim bir çox ərzaq məhsulları üzrə idaxldan asılılığımız olduqdca kiçikdir. Azərbaycan bir çox məhsullar üzrə özünü 80-90, bəzi məhsullar üzrə isə 100 faiz ödəyir. Buna görə, əhəmiyyətli idxal inflyasiyası gözləmirik. Ölkədə ərzaq məhsullarında bahalaşmanın iqtisadi əsası yoxdur”.
Ümumiyyətlə, cari ildə də respublikamızda inflyasiyanın birrəqəmli səviyyədə qalacağı proqnozlaşdırılır. E.Rüstəmovun açıqlamasından bəlli olur ki, ölkəmizdə ikirəqəmli inflyasiya gözlənilmir, inflyasiya ilə bağlı oriyentir cəmi 5-7 faiz təşkil edəcək.
Mərkəzi Bank əmanətlərin qorunacağına təminat verir
Bəs yeni məzənnə siyasətinə keçidlə bağlı əhalinin banklardakı əmanətlərinin taleyi necə olacaq? Mərkəzi Bank ölkə banklarında istənilən valyutada saxlanılan əmanətlərin qorunacağına təminat verir. Bildirilir ki, yeni məzənnə siyasəti ilə bağlı əhalinin şəxsi yığımlarını, həmçinin, manat hesablı əmanətlərini hər hansı təhlükə gözləmir.
O da əlamətdar haldır ki, yeni məzənnə siyasətinə keçid əhalinin banklara olan inamını əsla azaltmayıb. Mərkəzi Bankın sədri yerli mətbuata müsahibəsində hazırda ölkədə əhalinin banklardan öz əmanətlərini geri çəkmələri ilə bağlı prosesin müşahidə edilmədiyini xüsusi olaraq nəzərə çatdırıb: “Bir daha Azərbaycan bank sisteminə müraciət etmək istəyirəm ki, əhalinin əmanətlərinə qarşı çox həssas olsunlar və ilk müraciətdə onların əmanətlərinin mübadiləsini təmin etsinlər. Biz bu işi ciddi izləyirik. Bu normal haldır. Çox yaxşı haldır ki, banklardan əhalinin əmanətlərinin çıxışının şahidi olmuruq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

