Daha təkmil statistika - daha yaxşı həyat
08.10.2015 [10:00]
İlk baxışda cansıxıcı görünən statistik hesabatlar, əslində, dərin siyasi, sosial-iqtisadi mahiyyət kəsb edir. Statistik rəqəmlər bu və ya digər ölkənin, bütövlükdə dünyanın ümumi inkişaf mənzərəsini, qlobal meyilləri, yeni çağırışları, Yer üzündə ekologiya, insan inkişafı, təhlükəsizlik və digər sahələrdəki mövcud mənzərəni göz önündə canlandırır. Statistikaya əsasən, ayrı-ayrı ölkələr özlərinin yaxın və uzaq perspektiv üçün hədəflərini və bu hədəflərə çatmaq üçün fəaliyyət prioritetlərini müəyyənləşdirirlər. Statistik hesabatlar əsasında qəbul edilən proqramlar və layihələr son nəticədə bu və ya digər ölkədə daha yaxşı, daha firavan həyatın təmin olunmasında önəmli rol oynayır.
Azərbaycan praqmatik inkişaf strategiyasında daim təkmil statistikaya istinad edir
Müstəqil Azərbaycanda da dövlət siyasətinin prioritet istiqamətləri müəyyənləşdirilərkən beynəlxalq təcrübə və standartlar nəzərə alınmaqla hazırlanan təkmil statistik hesabatlara istinad olunur. Son 12 ildə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətləri əhatə edən ayrı-ayrı Dövlət proqramları uğurla tamamlanıb və yeniləri qəbul olunub. Bu dövlət proqramlarının hazırlanmasında və qəbul edilməsində bir qayda olaraq ölkəmizin reallıqları və statistik göstəricilər əsas götürülür. Bunun təsdiqi kimi, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbul edilməsini misal göstərmək mümkündür. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramının qəbul edildiyi dövrün statistik hesabatlarında bölgələrin inkişaf göstəricilərinin ölkənin ümumi inkişaf göstəricilərindən geri qaldığı aydın nəzərə çarpır. Həmin dövrdə regionlarda işsizliklə bağlı statistika da kifayət qədər kədərli idi. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı güclü siyasi iradə ortaya qoydu. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı uğurla yekunlaşıb və 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Nəticədə, Azərbaycanın regionları iqtisadi güc amilinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 60 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində son 12 ildə respublikada 1,4 milyon yeni iş yerləri açılıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkəmizdəki müsbət demoqrafik vəziyyət və əhali artımı ilə bağlı statistikaya əsaslanaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı yeni hədəflər müəyyənləşdirib.
Məlumdur ki, dünya üçün çətin keçən illərdə də respublikamız öz iqtisadi potensialını artırmağa və buna müvafiq surətdə dərin məzmunlu sosial tədbirlər reallaşdırmağa nail olur. Təbii ki, belə bir şəraitdə statistik hesabatların hazırlanması və ictimaiyyətə çatdırılması da ölkəmizin dinamik inkişafına və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın müasirləşdirilməsi siyasətinə adekvat olmalıdır. Müstəqil Azərbaycanda statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Dövlət Statistika Komitəsi öz fəaliyyətini məhz bu prinsipə uyğun qurub. Bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və digər normativ-hüquqi sənədləri rəhbər tutaraq fəaliyyət göstərən Dövlət Statistika Komitəsi güclü maddi-texniki bazaya və kifayət qədər səriştəli kadr potensialına malikdir. Bunun da sayəsində komitənin fəaliyyətinin səmərəliliyi və çevikliyi təmin olunur. Müstəqil Azərbaycanın milli statistika qurumu belə yüksək inkişaf səviyyəsinə çatanadək bir sıra inkişaf mərhələlərindən keçib.
Ümummilli lider Heydər Əliyev dövlət siyasətində statistikanın əhəmiyyətini yüksək qiymətləndirirdi
Ötən əsrin 70-80-ci illərində respublikamızda uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə mərkəzi statistika qurumunun və onun yerli orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və nüfuzunun yüksəldilməsi istiqamətində bir sıra təşkilati-hüquqi tədbirlər həyata keçirilib. Bu sırada respublikamızda 1972-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında fəaliyyət göstərən Mərkəzi Statistika İdarəsinin statusunun yüksəldilməsini xüsusi vurğulamaq lazımdır. 1973-cü ilin noyabrında Ümummilli liderin təşəbbüsü ilə Mərkəzi Statistika İdarəsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, DQMV, şəhər və rayon statistika orqanları haqqında əsasnamə yenidən təsdiq edildi. Nazirlər Soveti yanında MSİ-nin Azərbaycan SSR MSİ-yə çevrilərək respublika nazirliklərinin və dövlət komitələrinin sırasına daxil edilməsi milli statistika orqanlarının həyatında çox əlamətdar hadisə idi. 1972-ci ildə isə MSİ üçün yeni inzibati bina istifadəyə verildi.
Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına yaradılan güclü maddi-texniki baza və qanunvericilik bazası Azərbaycan müstəqillik qazandıqdan sonra respublikamızda milli statistika sisteminin yeni dövrün, bazar iqtisadiyyatının prinsiplərinə uyğunlaşmasında etibarlı baza rolunu oynadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, statistika sahəsində də islahatlara start verilməsinə siyasi iradə nümayiş etdirdi. Ümummilli liderin tövsiyəsi belə idi ki, statistika sisteminin fəaliyyəti də ölkədə yeni formalaşan bazar iqtisadiyyatı prinsiplərinə adekvat olmalıdır. Bu baxımdan Ümummilli liderin Azərbaycan Prezidenti kimi 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanununu imzalaması böyük tarixi əhəmiyyət daşıyır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınıb. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə statistika orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında həmçinin “1998-2002-ci illərdə Azərbaycan Respublikasının dövlət statistika sistemində islahatların aparılmasına dair Dövlət Proqramı”nın da böyük rolu olub.
Azərbaycan statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni mərhələyə daxil olub
Hər sahədə Ümummilli lider Heydər Əliyevin siyasi xəttini ardıcıllıqla və böyük uğurla davam etdirən Prezident İlham Əliyev milli statistika sisteminin fəaliyyətinin də daha yüksək səviyyədə qurulmasına və bu sahədə beynəlxalq miqyasda qazanılan müsbət təcrübədən bəhrənilməsinə böyük qayğı göstərir. Son 12 ildə ölkəmizdə statistika sahəsində beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsində və yeniliklərin tətbiqində dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qəbul edilən və müvafiq surətdə 2003-2007, eləcə də 2008-2012-ci illəri əhatə edən Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair iki Dövlət Proqramının böyük rolu olub. Qeyd olunan Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər sayəsində Azərbaycanın statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni səviyyəyə daxil olub. Bunu beynəlxalq səviyyəli qurumların hesabatları da təsdiqləyir. Eyni zamanda, sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan “BureanVeritas” şirkətinin apardığı audit nəticəsində Azərbaycanda dövlət orqanları arasında Dövlət Statistika Komitəsi ilk olaraq 15 avqust 2013-cü il tarixində “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001-2008 standartı üzrə sertifikata layiq görülüb.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” ölkəmizdə statistika sisteminin fəaliyyətinin daha yüksək səviyyədə, yeni qlobal çağırışlara uyğun qurulmasını təmin edəcək. Yeni Dövlət Proqramında respublikamızda statistika sahəsində həyata keçirilən islahatların daha da inkişaf etdirilməsi hədəflənib.
Dövlət Proqramının əsas məqsədi ölkədə statistika sahəsində işlərin təkmilləşdirilməsi, o cümlədən statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılması və milli statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılmasıdır.
Ölkəmizdə e-statistikanın böyük perspektivi var
Dövlətin siyasi iradəsi və ölkəmizdə İKT sektorunun sürətlə genişlənməsi e-statistikanın əhatə dairəsinin genişlənməsini şərtləndirən əsas amillər qismində çıxış edir. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının 2.1-ci bəndinin, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarının icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi bir sıra istiqamətlər üzrə elektron xidmətlər göstərir. Hazırda ölkəmizdə rəsmi statistik hesabatların, statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi, statistik məlumatların (göstəricilərin) verilməsi elektron qaydada həyata keçirilir, statistik nəşrlərin (kitabların) onlayn satışı həyata keçirilir. Bundan başqa, statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi də mümkündür.
Qeyd edək ki, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” ölkəmizdə e-statistikanın inkişafına yeni təkan verəcək. Belə ki, Dövlət Proqramında elektron statistika xidmətlərinin çeşidinin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Nadir AZƏRİ
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

