Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə MDB-də lider mövqe tutur
20.10.2015 [10:25]
MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə 2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri 5,9 faiz çoxalaraq 26,7 milyard manata çatıb
Dünya ölkələri ilə müqayisədə Azərbaycanın fərqli mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri respublikamızda sosial sahənin dövlət siyasətinin prioritet istiqamətini təşkil etməsidir. Respublikamızda genişmiqyaslı sosial infrastruktur layihələri reallaşdırmaq, əhalinin etibarlı sosial müdafiəsini təşkil etmək üçün geniş imkanlar mövcuddur və bu istiqamətdə ardıcıl islahatlar həyata keçirilir, şəffaflıq təmin olunur. Əsas məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyev ölkədə sosial məsələlərin yüksək səviyyədə həllinə nail olmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Dövlət başçısının ölkəmizdə sosial siyasətlə bağlı qarşıya qoyduğu hədəf belədir: Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır.
Güclü iqtisadiyyat ölkədə sosial sahəyə hərtərəfli diqqət göstərilməsinə geniş imkanlar açır
Son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, səmərəli islahatlar kursu Azərbaycanın dinamik inkişafını təmin edib və respublikamızı dünyanın qabaqcıl ölkələri sırasına çıxarıb. Hazırda dünya miqyasında müşahidə edilən mənfi tendensiyalara, o cümlədən də neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, ölkəmiz özünün iqtisadi potensialını ilbəil genişləndirməkdə davam edir. 2004-cü ildən bəri respublikamızda əsas iqtisadi inkişaf göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir. Müqayisə üçün bildirək ki, qlobal miqyasda tənəzzül meyillərinin artdığı indiki şəraitdə ayrı-ayrı ölkələrdə ÜDM istehsalında ən yaxşı halda cəmi 1 faizlik artım baş verir.
O da əlamətdar haldır ki, son illərdə respublika iqtisadiyyatındakı artım əsasən qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi hesabına baş verir və konkret istiqamətlərdə müşahidə edilən inkişaf dinamikası ümumi inkişaf göstəricisini əhəmiyyətli dərəcədə üstələyir. Bunu 2015-ci ilin birinci yarısının statistik göstəriciləri bir daha təsdiqləyir. İlin əvvəlindən bəri neftdənkənar iqtisadiyyat üzrə artım 6 faizdən çox olub, o cümlədən də kənd təsərrüfatında 6,7, qeyri-neft sənayesində 10 faizdən yuxarı artım qeydə alınıb.
İqtisadi potensialını ilbəil genişləndirən Azərbaycan, eyni zamanda, güclü maliyyə resurslarına malik olan ölkəyə çevrilib. Hazırda respublikamız ümumi daxili məhsulun təxminən 70 faizi həcmində strateji valyuta ehtiyatlarına malikdir. Ötən il ölkəmizə 27 milyard dollar investisiya yönəldilib, cari ilin 9 ayında isə bu göstərici 16 milyard dollar həcmində olub. Ölkəmizin xarici borclanması ÜDM-in təxminən 12 faizini təşkil etməklə kifayət qədər aşağı səviyyədədir.
Son illərdə Azərbaycanın dinamik inkişafa nail olması beynəlxalq reytinq agentliklərinin də diqqətindən kənarda qalmayıb. Dünya İqtisadi Forumu cari ildə yaydığı hesabatında respublikamızı iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünya ölkələri arasında 40-cı yerdə qərarlaşdırıb. Bu, ölkəmizin gücünü, iqtisadi potensialını təsdiqləyən yüksək qiymətdir. Beləliklə, artıq 7-ci ildir ki, Azərbaycan iqtisadi rəqabətlilik indeksində MDB ölkələrini qabaqlayır. Beynəlxalq Valyuta Fondu isə 2015-ci ildə ölkəmiz üçün 4 faizlik iqtisadi artım proqnozlaşdırıb. Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasət də məhz ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına əsaslanır.
Respublikada sosial sahədə uğurlu layihələr həyata keçirilir
İldən-ilə güclənən iqtisadiyyat respublikamızda sosial sahəyə daha böyük diqqət göstərilməsinə və bu istiqamətdə ardıcıl layihələr reallaşdırılmasına geniş imkanlar açır. Son 12 ildə respublikamızda 3 mindən artıq məktəb, təxminən 500 səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub, əksəriyyəti regionlarda olmaqla 50-dən artıq olimpiya-idman kompleksi istifadəyə verilib.
Əlamətdar haldır ki, dünya birjalarında neftin qiymətinin aşağı düşməsi müqabilində gəlirlərin azalmasına baxmayaraq, ölkəmizdə sosial layihələrdə hər hansı ixtisarlara yol verilməyib, əksinə, bu sahədə yeni təşəbbüslər irəli sürülüb. İlin əvvəlindən bəri ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bütün bunlar isə Azərbaycan dövlətinin ardıcıl surətdə həyata keçirdiyi sosial məzmunlu siyasətin əlamətləridir.
Azərbaycanda dərin sosial məzmunlu siyasət növbəti illərdə də davam etdiriləcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizin sosial siyasət sahəsində gələcək hədəflərini açıqlayaraq bildirib: “...Dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır”.
Beynəlxalq səviyyəli qurumlar da Azərbaycanın sosial siyasətlə bağlı uğurlarını etiraf edirlər
Son illərdə Azərbaycan dövləti bir tərəfdən müvafiq infrastruktur təminatının gücləndirilməsi, digər tərəfdən də ölkədə makroiqtisadi sabitliyin, əhalinin gəlirlərinin inflyasiyanı üstələməsinin təmin olunması yolu ilə əhalinin sosial müdafiəsinin rasional şəkildə təmin edilməsinə nail olur. Ölkədə məqsədyönlü siyasət sayəsində qısa müddətdə işsizlik və yoxsulluq əhəmiyyətli dərəcədə azalaraq cəmi 5 faiz həddinə düşüb. Ötən il ölkəmizdə çox aşağı - cəmi 1,4 faiz səviyyəsində inflyasiya qeydə alınıb. Bunun müqabilində əhalinin gəlirləri 4,8 faiz olmaqla inflyasiyanı 3 faiz üstələyib. Əhalinin pul gəlirlərinin inflyasiyanı üstələməsi tendensiyası cari ildə də davam edir. Belə ki, ötən 9 ayda ölkədə inflyasiya 3,7 faiz olduğu halda, əhalinin pul gəlirləri 5,8 faiz artıb.
Yeri gəlmişkən, beynəlxalq səviyyəli qurumlar da Azərbaycanın sosial siyasətlə bağlı uğurlarını etiraf edirlər. Bu baxımdan, MDB Dövlətlərarası Statistika Komitəsinin yaydığı məlumat da xarakterikdir. Qurumun məlumatında vurğulanır ki, Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə MDB məkanında lider mövqeyi bölüşür. Ölkədə orta aylıq əməkhaqqı 436 dollar təşkil edir. Yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artıb. Əhalinin gəlirləri 5,9 faiz çoxalaraq 26,7 milyard manata çatıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29

