/ / Azərbaycanın dinamik inkişafı və iqtisadi nailiyyətləri beynəlxalq miqyasda yüksək qiymətləndirilir
Azərbaycanın dinamik inkişafı və iqtisadi nailiyyətləri beynəlxalq miqyasda yüksək qiymətləndirilir
30.10.2015 [10:31]
Dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər il dərc olunan hesabatlarda Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır
Dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Ümumiyyətlə, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Bir sözlə, praqmatik iqtisadi siyasətin nəticəsi kimi əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.
Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir
Ümumiyyətlə, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış etməkdədir. Neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji faktorlar qismində çıxış edir. Eyni zamanda, Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir. Ölkəmiz beynəlxalq miqyasda iqtisadi subyektlərin, eləcə də milli dövlətlərin başlıca etibarlı strateji tərəfdaşlarından biri kimi çıxış etməkdədir.
Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı əhalinin gəlirlərinin artmasında ifadə olunur. Ümumilikdə, aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edib. Ümumiyyətlə, ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli hazırda dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycan hökuməti hər bir vətəndaşın həyatında əhəmiyyətli dəyişikliklərlə müşayiət olunan islahatları gerçəkləşdirmək üçün kifayət qədər maliyyə potensialına və üstün siyasi iradəyə malikdir.
Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf və təqdir edilir
O da qeyd edilməlidr ki, dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər il dərc olunan hesabatlarda Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq 2015-ci il oktyabrın 27-də açıqlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2016” hesabatıdır. Xəbər verildiyi kimi, ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib. “Doing Business 2016” hesabatında 3 göstərici (“Biznesə başlama”, “Tikinti üçün icazələrin alınması” və “Kiçik investorların maraqlarının qorunması”) üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilib.
Bunlarla yanaşı, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49 pillə, “Xarici ticarətin aparılması” göstəricisi üzrə 72 pillə və sair irəliləyib. “Doing Business 2016” hesabatında ölkəmizlə bağlı bir neçə məqam da diqqəti çəkir. Belə ki, hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında “Biznesə başlama” göstəricisi üzrə 7-ci, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 22-ci, “Vergilərin ödənişi” göstəricisi üzrə 34-cü, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 36-cı, “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 40-cı yerdədir. Bununla da, Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.
“Biznesə başlama” göstəricisi üzrə Azərbaycan dünyanın ilk onluğuna daxil olub
Hesabatda “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olub və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub. Həmçinin ölkəmizdə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin qəbul edilməsi, tikintiyə icazələrin alınması sahəsində “bir pəncərə” prinsipinin tətbiqi, aidiyyəti şəxslərlə əqdlər bağlanılarkən prosedurların təkmilləşdirilməsi kimi islahatlar nümunə kimi göstərilib.
Qeyd edilməlidir ki, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsinə əsas səbəb Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində mümkün olub.
Ötənilki hesabatla müqayisədə “Doing Business 2016” hesabatına “Tikinti üçün icazələrin alınması”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Müqavilələrin icrası”, “Əmlakın qeydiyyatı” göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilib.
“Doing Business” hesabatının mühüm elementi olan “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə ölkəmiz 67.8 balla qiymətləndirilib ki, (əvvəlki hesabatda 64.08) bu da Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatların daha bir göstəricisidir.
Beləliklə, Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf və təqdir edilir. Bu isə ölkəmizin pozitiv beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə mühüm töhfədir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53

