Azərbaycan bundan sonra xammal yox, hazır məhsul ixrac edəcək
31.10.2015 [09:26]
Prezident İlham Əliyev: Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk
Son illərdə dünyada müşahidə edilən sosial-iqtisadi böhranlar, siyasi kataklizmlər milli dövlətlərin qarşısına yeni çağırışlar qoyub, ələlxüsus da ölkələrin iqtisadi təhlükəsizliyinin təmin olunması məsələsi daha da aktuallaşıb. Təbii ki, beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan da yeni hədəflər müəyyənləşdirib. Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev bu günlərdə Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında qlobal risklər şəraitində ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji hədəfini bir daha xatırladaraq vurğulayıb ki, biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Dövlət başçısı ölkədə yerli istehsalın genişləndirilməsi məqsədilə çox böyük işlər görüldüyünü xüsusi olaraq nəzərə çatdırıb: “O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir”.
Uğurlu şaxələndirmə siyasəti neftin qiymətinin aşağı düşdüyü bir şəraitdə də Azərbaycanın dinamik inkişafını təmin edir
Kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz Azərbaycanda qeydə alınıb. Prezident İlham Əliyev bu günlərdə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı mərasimindəki çıxışında dünyada neftin qiymətinin aşağı düşdüyü indiki vaxtda da Azərbaycanın bütün dünyaya nümunə göstərdiyini məmnunluqla vurğulayıb: “Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk”.
İqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın qlobal risklər şəraitində belə öz potensialını əhəmiyyətli dərəcədə genişləndirməsi və yeni uğurlara nail olması, ilk növbədə, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Azərbaycanın diversifikasiya edilmiş iqtisadiyyata malik olduğunu xüsusi vurğulayıb: “...Hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır”.
Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2015-ci ilin arxada qalan 9 ayının statistik göstəriciləri bir daha təsdiqləyir. Belə ki, cari ilin 9 ayı ərzində qeyri-neft sektorunda artım 6 faizdən çox olmaqla ölkə üzrə ümumi inkişaf göstəricilərini üstələyib.
Ölkə iqtisadiyyatına investisiya qoyuluşunda özəl sektor da fəal iştirak edir
Möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, mükəmməl qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, əlverişli biznes mühiti Azərbaycanın yüksək investisiya cəlbediciliyini təmin edir. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Hazırda respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Cari ilin ötən 9 ayı ərzində ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Prezident İlham Əliyev Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında ölkədə investisiya iqliminin müsbət olduğunu bildirərək vurğulayıb ki, iqtisadiyyata dövlət tərəfindən sərmayələr yönəldildiyi kimi, özəl sektor da bu prosesdə fəal iştirak edir: “İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir”.
Ölkəmizdə güclü sahibkarlar ordusunun formalaşmasında və özəl sektorun investisiya imkanlarının genişlənməsində biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən davamlı siyasi iradə göstərilməsi mühüm rol oynayıb. Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur.
Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Respublikamızda sahibkarlığın inkişafının təşviq olunması məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib.
Prezident İlham Əliyev Öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, onların dövlətin himayəsində olduqlarını nəzərə çatdırıb. Eyni zamanda, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib. Son günlərdə isə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində daha qətiyyətli addımlar atılıb. Belə ki, Prezident İlham Əliyev sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə qanun layihəsi göndərib və parlamentin qəbul etdiyi müvafiq qanunu təsdiqləyib. Bundan başqa, dövlət başçısının bu günlərdə imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında”, eləcə də “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” fərmanlar da biznes mühitinin yaxşılaşdırılmasına, daxili bazarda rəqabət mühitinin artmasına, vətəndaşların mənafelərinin qorunmasına etibarlı hüquqi təminat yaradan və böyük sosial-iqtisadi mahiyyət kəsb edən sənədlərdir.
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib. Ümumiyyətlə, Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlayandan bəri fondun xəttilə sahibkarlara 2 milyard manatadək yardım göstərilib və sahibkarlıq subyektlərində 130 mindən çox yeni iş yerinin yaradılması təmin edilib.
Bu məqamda onu da vurğulayaq ki, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, onların fəaliyyətinə qanunsuz müdaxilə hallarına qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın təmin olunması beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Dünya Bankı 2015-ci il oktyabrın 27-də qlobal biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2016” hesabatını yayıb. Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib.
Respublikada sənaye quruculuğu üçün güclü siyasi iradə var
Son 12 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri məhz ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin ifadəsidir. Dövlət başçısı respublikada sənaye quruculuğu üçün güclü siyasi iradə olduğunu vurğulayaraq deyib: “...Ölkə iqtisadiyyatı isə ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var”.
Beləliklə, davamlı dövlət dəstəyinin sayəsində Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bütün bu statistik göstəricilər ölkəmizdə sənayeləşmə siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir.
Azərbaycanda güclü ənənələrə malik kimya sənayesini böyük inkişaf perspektivləri gözləyir
Kimya sənayesi Azərbaycanda güclü ənənələri olan sənaye sahələrindəndir. Son illərdə idarəetmə strukturunun təkmilləşdirilməsi, investisiya qoyuluşunun artırılması və həyata keçirilən bir sıra digər zəruri tədbirlər sayəsində ölkədə kimya sənayesinin potensialından daha səmərəli istifadə olunmağa başlanıb. Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks kimya sənayesini tənəzzüldən xilas etdi və sahənin gələcək inkişafına etibarlı zəmin yaratdı. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı isə ölkədə neft-kimya sənayesinin inkişafına yeni təkan verib.
Hazırda Sumqayıt şəhərində Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nəhəng Kimya Sənaye Parkı yaradılır. Parkın ərazisi tamamilə təmizlənib. Parkda artıq ilk müəssisələr yaradılır. Burada gələcək illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Parkın ərazisində yaradılan “SOCAR Polymer” zavoduna 750 milyon dollar həcmində sərmayə qoyulacaq ki, bu da öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaq.
Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda etilen-polietilen zavodunda işə salınan yeni qurğular da ölkəmizin neft-kimya sənayesində istehsalın genişlənməsində və səmərəliliyin yüksəlməsində mühüm rol oynayacaq. Qeyd edək ki, bu zavodun ərsəyə gəlməsində də Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb. Burada yaradılan yeni müasir qurğular isə müəssisənin texniki imkanlarını əhəmiyyətli dərəcədə yüksəldəcək.
Beləliklə, ölkəmizdə zəngin potensiala malik kimya sənayesinin qarşısında geniş inkişaf perspektivləri açılıb. Prezident İlham Əliyev haqqında bəhs olunan görüşdəki çıxışında qeyd etdiyi kimi, respublikamızda kimya sənayesinin müasir inkişaf mərhələsi yeni texnologiyaların tətbiqi ilə səciyyələnəcək: “Kimya sənayesinin çox böyük ənənələri, böyük tarixi var. Bu gün isə kimya sənayesi yeni dövrə qədəm qoyur. Bu, müasir, yeni texnologiyalar dövrüdür. Çox şadam ki, son vaxtlar bu ərazidə görülən işlər ən yüksək standartlara cavab verir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29

