/ / Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir
Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir
19.01.2016 [10:07]
Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə “Vergi sistemində inkişaf və əməletmə” mövzusunda V Vergi Konfransı keçirilib
Yanvar ayının 18-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi “Vergi sistemində inkişaf və əməletmə” mövzusuna həsr olunmuş 5-ci illik Vergi Konfransı keçirilib. Konfransı giriş sözü ilə açan AmCham-ın prezidenti İlqar Vəliyev tədbir iştirakçılarını salamlayaraq AmCham ilə Vergilər Nazirliyi arasındakı əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib.
Tədbirin əsas məqsədinin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, yüksək vergi mədəniyyətinin formalaşdırılması ilə bağlı məsələləri müzakirə etmək olduğunu vurğulayan İ.Vəliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır. Qurum tərəfindən artıq 5-ci ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər həyata keçirilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov çıxış edərək, ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunmuş uğurlar haqqında məlumat verib, AmCham və digər ictimai təşkilatlarla mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışıb. N.Şirinov bildirib ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. Onun sözlərinə görə, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanunvericiliyə hər hansı dəyişikliklər edilərkən Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.
Konfransda I panel üzrə Azərbaycan Respublikasında vergi idarəçiliyi və onun təkmilləşdirilməsi istiqamətləri, II panel üzrə isə Vergi inzibatçılığı və vergi ödəyicisi ilə vergi orqanları arasındakı kommunikasiyanın təkmilləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Konfransda “Gələcək vergi islahatları və adekvat vergi modelləri”, “Vergi qanunvericiliyinə əməletmə sahəsində nəzarətin gücləndirilməsi”, “Şəffaflığın artırılması istiqamətində innovativ xidmətlər”, “İqtisadi çətinliklər zamanı mümkün vergi islahatları”, “Vergi məsələləri üzrə qaldırılan cinayət işlərinin əsas cəhətləri”, “Biznesin inkişafında və investisiyaların cəlb edilməsində vergi sisteminin rolu”, “Vergi şəffaflığı: yeni qlobal hesabat standartı” və s. mövzularda təqdimatlar dinlənilib, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər geniş müzakirə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Amerikanın Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

