Gəncədə biznes mühitinin daha da sağlamlaşdırılması üçün real şərait var
02.02.2016 [09:52]
Maliyyə naziri Samir Şərifov fevralın 1-də Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında görüşün regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə həyata keçiriləcək işlər, nəzərdə tutulan tədbirlər barədə şəhər sakinlərini daha yaxından məlumatlandırmaq məqsədi daşıdığını bildirib.
Maliyyə naziri Samir Şərifov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, əlverişli istehsal mühitinin yaradılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsindən ibarətdir.
Dövlətimizin başçısının Gəncəyə göstərdiyi qayğını xüsusi vurğulayan Samir Şərifov bildirib ki, son illər bu qədim diyarda nəhəng quruculuq işləri aparılıb, sosial infrastruktur yenilənib, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, tarixi abidələrin bərpası istiqamətində xeyli iş görülüb, sənaye potensialı gücləndirilib. Azərbaycanın qüdrətli inkişafını bu gün Gəncənin timsalında da aydın görmək olar.
Samir Şərifov vurğulayıb ki, Gəncənin tekstil sənayesinin inkişaf etdirilməsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdir.
Görüşdə çıxış edən AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Xalq artisti Şahnaz Haşımova, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Azərbaycan Texnologiya Universitetinin professoru Cahangir Hacıyev və başqaları bir sıra təkliflərlə çıxış ediblər.
Nazir müxtəlif sahələrlə bağlı səsləndirilən təklifləri müsbət qiymətləndirib, gəncəlilərin ölkə iqtisadiyyatının inkişafı üçün öz səylərini əsirgəməyəcəklərinə, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək çətinliklərin öhdəsindən layiqincə gələcəklərinə əmin olduğunu söyləyib.
Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri regionlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40

