Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nərimanov rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Nərimanov rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

14.04.2016 [10:09]

Dünən Nərimanov rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Nərimanov rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasının iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, iclasda rayonun rəhbərliyi, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Adil Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev son günlər təmas xəttində erməni qəsbkarlarının təxribatçı hücumunun qarşısının qətiyyətlə alındığını deyib, yenilməz Azərbaycan Ordusunun cavab tədbirləri zamanı qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaətdən söhbət açıb.
Sonra Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat məruzəsi ilə çıxış edən Abdin Fərzəliyev cari il aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı Öz tapşırıq və göstərişlərini verdiyini bildirib. Hesabat məruzəsində tədbir iştirakçılarının diqqəti rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldilərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyü və bu işlərin hazırda da uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Məruzədə Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasında işlərin sona çatdırılaraq sakinlərin istifadəsinə verilməsinə başlanıldığı, həmçinin Heydər Əliyev prospekti 64 və K.Rəhimov küçəsi 3A ünvanlarında orijinal layihə əsasında inşa edilmiş yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib. Hesabat məruzəsində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, birinci növbədə, əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin təşəbbüs və təklifləri nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarın icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərə başlanıldığı, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığı da qeyd edilib.
Eyni zamanda, rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq 3 ədəd çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilməsinin qərara alındığı, sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyi, bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağı, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcəyi vurğulanaraq, hazırda digər ünvanlarda da həmin işlərin davam etdirilməsi məqsədilə tikinti şirkətləri ilə gündəlik görüşlərin keçirildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, rayonda yeni müəssisələrin yaradılması, həmçinin mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 730 daimi iş yeri yaradılıb, əhalinin məşğulluğunun təmin edilməsi barədə verilmiş tapşırığa uyğun olaraq abadlıq və yaşıllaşdırma işlərinə 250 nəfərin cəlb edilib və binaların təmiri ilə bağlı 240 nəfərlik iş yeri açılıb. Yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlər rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəklənib, bu sahədə onlara müvafiq köməklik göstərilib.
Hesabat məruzəsində rayon əhalisini və rayon ərazisində fəaliyyət göstərən sahibkarları, həmçinin iş adamlarını narahat edən problemlərin aradan qaldırılması və operativ qaydada həll olunması məqsədilə rayon İcra Hakimiyyətinin nəzdində 16-43 nömrəli “Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyi, həmçinin rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarının sərəncamından, əmrindən, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə baxan kollegial orqan olan 9 nəfərdən ibarət Apellyasiya Şurasının yaradıldığı vurğulanıb. Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 488 nəfər vətəndaşın iştirakı ilə keçirilmiş 6 səyyar görüş və qəbullar zamanı edilən 62 müraciətdən 59-nun öz müsbət həllini tapdığı, 3-nün isə nəzarətə götürüldüyü diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzinin baş həkimi Cəmilə Talıbova, “Caspian Audit Company” Şirkətinin direktoru Əlibala Məhərrəmzadə və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini qeyd ediblər.
Hesabat iclasının yekununda rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilk rüb ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

Paylaş:
Baxılıb: 884 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31