Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kamran Nəbizadə: İstehsalla bağlı görülən işlər 2018-2019-cu illərdən sonra nəticə verəcək

Kamran Nəbizadə: İstehsalla bağlı görülən işlər 2018-2019-cu illərdən sonra nəticə verəcək

08.12.2016 [10:10]

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Kamran Nəbizadə Azərbaycan Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanının əhəmiyyətinə münasibət bildirib.
“Publika.az” xəbər verir ki, K.Nəbizadə sözügedən sənədin Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyən edilməsində vacib rol oynadığını söyləyib: “Hələ ilin əvvəlində cənab Prezident Azərbaycan iqtisadiyyatının gələcək illərdə inkişafı proqramını açıqlamışdı. Orada xüsusilə vurğulanır ki, qeyri-neft sektoru prioritet xarakter daşıyır. Bu gün Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi müzakirə olunur. Bu müzakirələr zamanı da vurğulanıb ki, gələn il Azərbaycanın sırf qeyri-neft sektorunun inkişafında gəlirlərin həcmində artım nəzərdə tutulub. Cənab Prezidentin sözügedən Fərmanı büdcə müzakirələri ilə eyni vaxta düşüb. Bu isə çox vacib əhəmiyyət kəsb edir”.
Deputat deyib ki, Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək: “Əslində, bu sahədə 2016-cı ildə də ciddi işlər görülüb. Azərbaycanda kənd təsərrüfatı, turizm, tikinti, informasiya kommunikasiya texnologiyaları və digər qeyri-neft sahələrində xeyli inkişaf əldə olunub. Biz bütün bunların nəticəsini 2017-ci ildə daha yaxşı görə biləcəyik. Ona görə də mən büdcə müzakirələri zamanı bildirdim ki, Azərbaycanın iqtisadi inkişafına optimist olaraq baxıram. İnşallah, bütün bu addımların hər biri 2017-ci ildə öz nəticələrini verəcək. Digər istehsalla bağlı sahələrdə görülən işlər isə öz nəticələrini bir-iki ilə deyil, 2018-2019-cu illərdən sonra göstərəcək”.

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31