Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Musa Quliyev: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı çox mühüm əhəmiyyətə malikdir

Musa Quliyev: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı çox mühüm əhəmiyyətə malikdir

08.12.2016 [10:12]

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı çox mühüm əhəmiyyətə malikdir”. Bunu SİA-ya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Prezidentin bu Fərmanı Azərbaycan iqtisadiyyatının, ölkə əhalisinin sosial rifahının yüksəlməsinə xidmət edəcək böyük bir layihədir, proqramdır: “Sözün həqiqi mənasında, bu sənəd konkret hədəflərin, məqsədlərin və o məqsədlərə çatmaq yolunun, zamanının müəyyənləşdirilmiş bir layihəsidir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri, o cümlədən strateji sahələr burada nəzərə alınıb. Bu layihənin icrası ilə Azərbaycan öz iqtisadiyyatının yeni bir dövrünə - postneft dövrünə qədəm qoyduğunu bir daha bəyan edəcək. Bu, postneft iqtisadiyyatının qaldırılmasına xidmət edəcək bir layihə olacaq. Ümumdünya maliyyə iqtisadi böhranı, neft gəlirlərinin azalması Azərbaycanın da büdcəsinə mənfi təsir göstərib. Heç şübhəsiz ki, Azərbaycan dövlətinin bu böhran dövründən iqtisadiyyatımızın az itkilərlə çıxması üçün kifayət qədər potensialı var”.
M.Quliyev əlavə edib ki, sözügedən yol xəritəsi əsas sahələrin dövlət, cənab Prezident tərəfindən nəzarət olunaraq inkişafına konseptual baxımından yardım edən layihədir: “Burada həm sahibkarlığın, kənd təsərrüfatının, nəqliyyat sisteminin, kommunikasiya, energetika sisteminin, həm də maliyyə-bank sektorunun inkişafı və s. nəzərdə tutulub. Eləcə də davamlı rəqabətqabiliyyətli qeyri-neft sektorunun məhsul istehsalı və məhsulun ixracı, yeni bazarların tapılması, Azərbaycana valyuta gətirəcək ölkə brendindən ibarət olan məhsulların inkişafı və s. burada öz əksini tapıb. Bununla belə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı insanların sosial müdafiəsinin artırılması, təhsil, səhiyyə problemləri burada yeni modellər təklif olunmaqla öz əksini tapıb. Bütövlükdə bu Fərman çox uğurludur”.

Paylaş:
Baxılıb: 784 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31