Bakı Şopinq Festivalı ərəbdilli KİV-lərdə!
28.10.2017 [00:09]
Oktyabrın 15-də start götürmüş Bakı Şopinq Festivalı bir sıra ərəbdilli KİV-lərin diqqətini çəkməkdə davam edir. Bu dəfə Misirin “Asiya əl-Yaum”, “Sıhafa net”, “Xəbər əl-Yaum”, “Misr əl-Arabiyya”, İraqın “əl-Muraqib əl-İraqi” qəzetləri, Küveytin “ən-Nəhar” qəzeti və “əl-Bilad” informasiya agentliyi oxucularını festival barədə məlumatlandırıblar.
Misirin “Asiya əl-Yaum” qəzeti böyük turizm imkanlarına malik Azərbaycanın xarici ölkələrdən, xüsusilə ərəb dövlətlərindən turistləri cəlb etmək üçün bir sıra tədbirlər və proqramlar həyata keçirdiyini, bunların içərisində Bakı Şopinq Festivalının xüsusi əhəmiyyətini qeyd edir. Vurğulanır ki, ölkəmizdə mövcud infrastruktur, əsrarəngiz təbiət, mülayim iqlim, iri ticarət mərkəzləri və ən əsası bir çox əmtəələrin qiymətlərinin ucuzluğu istirahət və alış-veriş etmək həvəskarlarını cəlb edən əsas amillərdəndir. Qəzet oxucularına məsləhət verir ki, noyabrın 15-dək davam edəcək Festival fürsətlərindən istifadə etmək üçün indi Bakıya səfər etmək üçün ən münasib vaxtdır.
“Misr əl-Arabiyya” qəzeti də “Bakı Şopinq Festivalı ikinci həftəsində öz fəaliyyətini böyük uğurla davam etdirir” adlı məqaləsində alıcılar və turistlər üçün yaradılan şəraitdən və alış-veriş imkanlarından yazır. Qeyd edilir ki, alıcıların alış-verişdən daha çox həzz alması və qazanması üçün 500-ə yaxın ticarət obyekti, market, turizm şirkəti fesivala qoşulub. Festivalda geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir.
“Əl-Muraqib əl-İraqi” qəzetində dərc edilmiş “Azərbaycan - turizm və şopinq sənayesində öncül dövlət” adlı məqalədə qeyd edilir ki, İkinci Bakı Festivalı alış-verişin ünvanına çevrilib. Bu ayın ortalarından başlanan festivalda şopinq həvəskarları və ailələr rəngarəng və özünəməxsus proqramlardan, xidmətlərdən həzz alacaqlar. Bu müddət ərzində sərfəli alış-veriş təklifləri, endirimlər, şopinq məkanlarında alıcılara hədiyyələr təqdim ediləcək. Məqalə müəllifi festivalda iştirak edən 500-ə yaxın ticarət obyektin əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulmasının turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaratdığını vurğulayır.
Küveytin “əl-Bilad” informasiya agentliyi və festival haqda artıq ikinci məqaləsini dərc etmiş “əl-Nəhar” qəzeti tədbirin bir çox yeniliklərlə yadda qalacağını bildirirlər. Qeyd olunur ki, Festival iştirakçıları bir çox güzəştlərlə, geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası kimi seçilmiş mallara 70%-ə qədər endirim təklifləri ilə, eləcə də Tax Free sisteminin tətbiqi ilə alıcıları sevindirməyə çalışırlar.
Küveyt KİV-i yazırlar ki, gözəl təbiətə, zəruri infrastruktura, zəngin tarixi abidələrə malik olan Azərbaycanda belə festivalın keçirilməsi ölkəyə turist axınının artmasına gətirib çıxaracaq.
Xəbər lenti
Hamısına baxDünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51

