Pirşağıda yeni tullantı sutəmizləyici qurğusu tikilir
28.11.2017 [10:19]
Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı tullantı sutəmizləyici qurğusu” layihəsi çərçivəsində Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi intensiv qaydada davam etdirilir.
“Azərsu” ASC-dən verilən məlumata görə, icrasına 2017-ci ilin birinci yarısında başlanmış layihə çərçivəsində ərazidə planlama və texniki təchizat işləri tam yekunlaşıb. Eyni zamanda, qurğunun giriş nasos stansiyasında qazıntı və svayların vurulması, kompressor, transformator və emalatxana binalarının, eləcə də biofosfor və durulducu çənlərin yerləşəcəyi ərazilərdə torpağın möhkəmləndirilməsi işləri yerinə yetirilib. Su anbarı, dezodorasiya qurğusu, qaraj və transformator binasının təməlaltı hazırlıq işləri həyata keçirilib. Biofosfor çənləri üzrə qəliblərin quraşdırılması yekunlaşıb. Hazırda əsas qurğuların dəmir-beton hissələrinin inşası davam etdirilir.
Qurğuda təmizlənmiş suların dənizə axıdılması üçün dənizin dibi ilə 1300 mm diametrli çıxış xətti tikilməsinə hazırlıq görülür. Çıxış xəttinin tikintisi xüsusi ixtisaslaşmış gəmilər vasitəsilə həyata keçiriləcəkdir. Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisində əsasən Azərbaycanda istehsal olunmuş inşaat materiallarından istifadə olunur. İnşasında ən son texnologiyalardan istifadə olunacaq qurğuda Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılacaq. Artıq həmin avadanlıqların bir hissəsi tikinti meydançasına tədarük olunub.
Qurğuda tullantı suları ekoloji standartların tələblərinə tam uyğun olaraq təmizlənib zərərsizləşdiriləcək. Azərbaycanda ilk dəfə olaraq bu qurğuda tullantı sularının zərərsizləşdirilməsi ultrabənövşəyi şüa texnologiyası ilə aparılacaqdır. Yarana biləcək qoxunun neytrallaşdırılması üçün xüsusi biosüzgəclərdən istifadə olunması nəzərdə tutulur. Bu qurğuda Azərbaycan üçün daha bir ilk təcrübə tətbiq olunacaq. Belə ki, qurğuda təmizlənmiş suların bir hissəsinin gələcəkdə suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır.
2018-ci ildə inşası başa çatdırılacaq bioloji tipli qurğunun məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilib. Yeni qurğu istismara verildikdən, həmçinin ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Maştağa, Mehdiabad, Digah, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaqdır. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcəkdir.
Qeyd edək ki, “Pirşağı tullantı sutəmizləyici qurğusu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

