Neft bazarında canlanma qiymətlərin artmasına səbəb olacaq
25.08.2009 [03:09]
Dünya iqtisadiyyatının böhrandan sonra bərpa olunmağa başlaması iqtisadi bölmələrdə canlanma tendensiyasını gücləndirib və bu, ən çox neft bazarında müşahidə olunmaqdadır. Son iki ayda dünya neft bazarında 8 faizdən çox artım meyilləri müşayiət olunub ki, bu da qiymət indekslərinin sabitləşməsinə səbəb olmaqdadır. Dünyanın əsas mərkəzi fond birjalarında keçirilən hərraclarda “qara qızıl”ın qiyməti 69-74 ABŞ dolları civarında qeydə alınmaqdadır və neftin orta sabit qiyməti 70 dollardan aşağı düşmür. Son günlərdə isə Nyu-York, London və Tokio birjalarında neftin 1 bareli 73-74 dollara satılır. Qitələrarası birjalarda Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti isə 75 dolları keçib.
ümumiyyətlə, avqust ayı son on ay ərzində neftin ən yüksək qiymət indeksi kimi yadda qalıb. Xatırladaq ki, neftin qiymətləri ötən ilin noyabrından başlayaraq kəskin şəkildə aşağı düşüb və noyabrın ortalarında neftin bir bareli 70 dollardan da ucuz satılıb. Dekabrın əvvəllərində isə neft 60 dollara, həmin ayın sonlarında 50 və 40 dollara kimi ucuzlaşıb. “Qara qızıl” hətta qış aylarında bir müddət 38 dollara da satılıb. 2009-cu ilin birinci rübündən başlayaraq yanacağın qiymətlərində artım meyilləri baş verib və mart ayında neft 50 dollara satılıb. Aprel ayında isə yanacağın satış qiyməti 60 dolları keçib. Hazırda neft bazarında canlanmanın müşahidə olunması yanacağın qiymətinin bir qədər də yüksələcəyini şərtləndirmiş olur. Artıq bir çox ekspertlər yanacağın qiymətinin 80 dolları da ötəcəyini bildirirlər. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbəri Bena Bernake deyib ki, dünya iqtisadiyyatında vəziyyətin yaxşılaşması neft bazarına yeni nəfəs verməkdədir. B.Bernanke qeyd edib ki, 2008-ci ildə qeydə alınan kəskin geriləmədən sonra həm ABŞ, həm dünyanın digər ölkələrində iqtisadi fəallıq artmağa başlayıb. Yaxın gələcəkdə iqtisadiyyatın artım tendensiyası baş verəcək və perspektiv ssenarilər ümidvericidir. İqtisadiyyatın sağlamlaşması bütün iqtisadi bölmələrdə tələbin artmasına, o cümlədən, yanacağa ehtiyacın yüksəlməsinə səbəb olacaq.
Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Olivye Blanşar isə bəyan edib ki, dünya iqtisadiyyatı yaşadığı ağır böhrandan sonra artıq bərpa olunmağa başlayıb. Onun fikrincə, dünya iqtisadiyyatının artım templərini ABŞ tərəfindən mal ixracı və Asiya bazarları tərəfindən idxalının artırılacağı tədqirdə saxlamaq mümkün olacaq. Eyni zamanda, O.Blanşar çin və digər iri dövlətlərdə daxili istehlakın stimullaşdırılmasını da zəruri sayır. Beləliklə, bu tədbirlər sosial proqramların, istehlak kreditləşməsinin genişləndirilməsinə yol aça bilər. Dünyanın aparıcı iqtisadi tədqiqat və analiz mərkəzlərindən olan “Barclays Capital” investisiya şirkətinin analitikləri hesab edirlər ki, neft yaxın zamanlarda 80 dollaradək bahalaşacaq. Belə ki, Amerikanın və Avropanın qiymətli kağızlar bazarında canlanmanın müşahidə olunması bazarın digər bölmələrinə də təsir edir və tələb artmağa doğru gedir. Bu tendensiya yanacaq bazarında əhəmiyyətli dərəcədə hiss olunur. Beləliklə, iqtisadçı-analitiklər və birja mütəxəssisləri dünya fond bazarlarında aktivliyin yüksəlməsi fonunda neftin qiymət artımının davamlı olacağını proqnozlaşdırırlar.
OPEK ölkələri, eyni zamanda, neft hasil edən digər dövlətlər hesab edirlər ki, neftin bir barelinin qiymətin 70 dollardan aşağı olmamalıdır, bundan aşağı qiymət əmsalı rentabelli sayılmır. Təşkilatın baş direktoru Abdullah Salim Əl-Bədri bildirib ki, 75-80 dollar arasındakı qiymət indeksi ilə gəlir əldə etmək münasibdir. 80 dollarlıq qiymətlə neft infrastrukturunu bərpa etmək, müəssisələri yenidən qurmaq, terminallar tikmək, tankerlər almaq mümkündür. Amma iqtisadi rentabellilik üçün qiymət 90-100 dollar arasında olmalıdır. Abdullah Salim Əl-Bədri deyib ki, neftin qiymətinin əvvəlki pik həddə, yəni 140 dollara çatmasını arzulamırlar. Onun sözlərinə görə, bu, yaxşı nəticə deyildi və bazardakı bu qeyri-normal tarif siyasəti sonda böhranla başa çatdı. Baş katib hesab edir ki, neftin 100 dollardan yüksək olması həm istehsalçılar, həm də istehlakçılar üçün yaxşı nəticələr vəd etmir.
Küveytin neft naziri Əhməd Əl-Abdulla əs-Sabah isə bəyan edib ki, neftin hazırkı qiymətləri məntiqə uyğundur və OPEK ölkələri neft hasilatının mövcud səviyyəsini saxlamalıdır. Nazir dünya bazarlarında neftin bir barelinin qiymətinin 80 dollara çatacağına ümid etdiyini bildirib və qeyd edib ki, yaxın vaxtlarda xam neftə tələbat artacaq, bu da yanacağın daha sərfəli qiymətə satılmasına imkan verəcək. Anqolanın neft naziri Joze Mario Botelo isə qiymət 90 dollara yüksəlməyincə ixracatçılar üçün iqtisadi səmərəliliyin aşağı olacağını düşünür. Onu da xatırladaq ki, OPEK ölkələri neft 65 dollara satılan zaman hasilat kvotasını yenidən azaltmaq barədə təkliflər səsləndirirdi və gələn ay təşkilatın növbəti toplantısında bu məsələnin müzakirə olunması nəzərdə tutulurdu. Əhməd Əl-Abdulla əs-Sabah bildirib ki, hazırkı situasiya OPEK-i qane etdiyindən, toplantıda neftin hasilatının azaldılması gündəlikdən çıxarılıb.
Beynəlxalq Enerji Agentliyinin baş katibi Nabuo Tanaka isə bildirib ki, iqtisadi böhran başa çatdıqdan sonra neft bazarında canlanma intensiv xarakter alacaq və “qara qızıl”a tələbin bərpa olunması böyük tədarük qıtlığının yaranmasına gətirib çıxaracaq. Bu tendensiyaların nəticəsi olaraq bir müddət sonra neft bazarında qiymətlər yenidən yüksək həddə çatacaq. ümumiyyətlə, yaxın illərdə neftin qiymətinin 200 dollara çatması proqnozlaşdırılır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

