Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində növbəti erməni təxribatının qarşısı alınıb

“Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində növbəti erməni təxribatının qarşısı alınıb

08.02.2018 [09:57]

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən “Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd və yolverilməz olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) vasitəsilə rəsmi olaraq sərginin təşkilatçısı “ExpoCentre” ASC-yə çatdırılıb.
İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin birgə fəaliyyəti nəticəsində “ExpoCentre” ASC tərəfindən “Stepanakert Konyak Zavodunun” sərgidə iştirakının qarşısı alınıb.

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30