Azərbaycanda devalvasiya təhlükəsi yoxdur
17.04.2018 [08:53]
Ekspertlər manatın digər valyutalar qarşısında ucuzlaşacağı ilə bağlı yayılan informasiyaları əsassız sayırlar
Azərbaycanda maliyyə bazarlarında sabitliyin qorunması, manatın xarici valyutalar qaşısında imunitetinin gücləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər ölkəmizin maliyyə potensialının artırılmasını, milli valyutanın dayanıqlılığını təmin edib. Reallaşdırılan uğurlu tədbirlər nəticəsində manatın məzənnəsi möhkəmlənərək optimal səviyyədə sabitləşib. Hazırda iqtisadi təhlükəsizlik üçün zəmanəti təmin edən strateji valyuta ehtiyatları Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyədədir. Strateji valyuta ehtiyatlarının yüksək artım templəri Azərbaycanda güclü makroiqtisadi bufer yaradır. Bütün bunlar bir daha təsdiqləyir ki, milli valyutamızın növbəti devalvasiyası ilə bağlı bəzi dağıdıcı qüvvələrin məqsədli şəkildə ortaya atdıqları şayiələrin heç bir əsası yoxdur. Ekspertlərin də bildirdikləri kimi, manatın növbəti devalvasiyası ilə bağlı yayılan şayiələr sırf konyunktur xarakter daşıyır. Burada yeganə məqsəd insanlarda milli valyutaya inamsızlıq əhval-ruhiyyəsi yaratmaq və ölkənin yeni iqtisadi şəraitə uyğun aparılan islahatlara, makroiqtisadi sabitliyin qorunmasına yönələn tədbirlərə kölgə salmaqdan ibarətdir. Rusiya rublunun yenidən ucuzlaşmasını Azərbaycanla əlaqələndirməyə çalışanlar unudurlar ki, ölkəmizdə manatın ucuzlaşmasına hər hansı bir səbəb yoxdur. Belə ki, Azərbaycan neftinin dünya bazarında nəzərdə tutulandan daha baha satılması ölkəmizin milli gəlirlərini artırır. Bu isə özlüyündə iqtisadiyyatımızın daha dayanıqlı olmasını təmin edir.
Vurğulayaq ki, bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda makroiqtisadi sabitlik var və bu, çox ciddi iqtisadi dayaqlara söykənir. Ona görə də manatın növbəti devalvasiyasından söhbət gedə bilməz. E.Rüstəmov bildirib ki, Azərbaycanın tədiyyə balansı müsbət zonadadır və ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb: “Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən də söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, son günlər manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır. Millət vəkili qeyd edib ki, 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı açıq-aydın görünür: “Belə ki, 1-ci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2,3 faiz artıb, iqtisadiyyata 3,5 mlrd. dollar investisiya qoyulub. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olub. Xarici ticarət dövriyyəmiz 31 faiz, ixracın həcmi isə 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb. Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70 dollardan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45 dollardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur”.
Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov da bildirib ki, Azərbaycan manatının dəyərdən düşməsi ilə bağlı heç bir təhlükə yoxdur. Hazırda milli valyutamızın güclənməsini tənzimləyən faktorlar mövcuddur. Onun sözlərinə görə, Azərbaycan manatının 2015-ci ildə devalvasiyaya uğraması dünya bazarındakı iqtisadi problemlərlə əlaqəli idi. Çünki həmin dövrdə neftin kəskin ucuzlaşması müşahidə olunurdu. Hazırda bu cür iqtisadi təhlükə mövcud deyil, əksinə, neftin qiymətində artım baş verir: “Milli valyutanın güclənməsini şərtləndirən digər mühüm faktor idxal-ixrac prosesidir. Ticarət dövriyyəsində müsbət saldo yaranıb, Azərbaycanın ixrac potensialında müşahidə edilən artım valyuta ehtiyatlarının artmasına da birbaşa təsir göstərir. İxrac potensialının artmasına təsir edən amillərdən ən başlıcası logistik nəqliyyat infrastrukturunun inkişafıdır. Artıq bu istiqamətdə ölkəmizdə mühüm layihələrin icrasına başlanıb. Bu da ölkəyə valyuta axınının artmasına səbəb olur”.
A.Hüseynov əlavə edib ki, manatın digər xarici valyutalar qarşısında güclənməsinin ən başlıca səbəbi Prezident İlham Əliyevin apardığı dayanıqlı iqtisadi strategiya, bank-maliyyə sektorunun inkişafı ilə bağlı görülən tədbirlər və uğurlu fiskal siyasətdir. Büdcəmizə turizm sektoru vasitəsi ilə də valyuta daxilolmalarının artdığını bildirən deputat diqqətə çatdırıb ki, bu ilin əvvəlində ötən dövrlə müqayisədə ölkəmizə gələn turistlərin sayında xeyli artım var. Millət vəkilinin fikrincə, qonşu ölkələrin valyutasında baş verən devalvasiyaya gəldikdə isə bu, iqtisadi deyil, siyasi amillərlə bağlıdır.
“NIKOİL Bank”ın İdarə Heyəti sədrinin müşaviri, maliyyə eksperti Cəlal Nağıyev isə bildirib ki, manatın sabitliyini bir sıra amillər təmin edir. Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanda daxili istehsalat artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində biznes kreditlərin əldə olunması üçün daha tez-tez müraciət etməyə başlayıblar. Ekspert əlavə edib ki, turizm sektorunun inkişafı hesabına ölkəyə daha çox xarici valyuta daxil olur: “Bunlardan başqa, iri qaz layihələrini də unutmaq olmaz. Bu layihələr orta perspektivdə ölkəyə xarici valyuta axınını təmin edəcək. “Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyacaq, bonus qismində isə əlavə 3,6 milyard dollar ödəniləcək. Daha bir amil isə neft qiymətləridir. Azərbaycan nefti son 3,5 illik maksimumu yeniləyərək 74 dollara çatıb. Ona görə də hesab etmək olar ki, bu il dövlət büdcəsinin icrası ilə bağlı problem olmayacaq”.
C.Nağıyev vurğulayıb ki, əhalinin milli valyutaya inamı da kifayət qədər yüksəkdir və artmaqda davam edir. Ekspert bildirib ki, bu ilin fevral ayının yekunlarına əsasən, ölkə banklarında milli valyutada əmanətlərin həcmi 2935,2 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin fevralı ilə müqayisədə 2 dəfə çoxdur. Bir il ərzində əmanətlərin həcmi 37,8 faizədək artıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

