Azərbaycanda manatın ucuzlaşması gözlənilmir
18.04.2018 [09:07]
Ekspertlər bildirirlər ki, ölkəmizin müsbət reallıqları fonunda yaxın perspektivdə manat nəinki dəyər itirməyəcək, əksinə, milli valyutamız daha da güclənəcək
Son günlərdə sosial şəbəkələrdə, eləcə də radikal müxalifət düşərgəsinin nəzarətində olan KİV-lərdə dövriyyəyə növbəti konyunktur xarakterli şayiələr buraxılır. Guya ayrı-ayrı xarici ölkələrdə müşahidə edilən milli valyutaların kursunun sərbəst dönərli ABŞ dollarına, avroya münasibətdə aşağı düşməsi prosesi Azərbaycandan da yan ötməyəcək və manat dəyər itirəcək, inflyasiya artacaq.
Ekspertlər bu səpkili şayiələrin iqtisadi əsasının olmadığını bildirirlər. Heç bir əsas gətirmədən digər ölkələrdəki vəziyyətin respublikamızda da təkrarlanacağını söyləmək absurddur və özündə qərəzli mahiyyət ehtiva edir. Belə şayiələri yayanların məqsədi ölkədə aparılan davamlı islahatlara kölgə salmaqdan, insanlarda narahatlıq yaratmaqdan, milli valyutaya inamı azaltmaqdan ibarətdir. Halbuki hazırda Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansında profisit yaranıb, qeyri-neft ixracının genişlənməsi sayəsində ölkəyə neftdənkənar mənbədən valyuta daxilolmaları artıb. Eyni zamanda, dünya bazarında neftin qiymətinin artması Azərbaycanda maliyyə dayanıqlığının güclənməsini şərtləndirən mühüm amil qismində çıxış edir. Məhz bu kimi amillərin nəticəsində də 2018-ci ilin birinci rübündə respublikamız özünün strateji valyuta ehtiyatlarını 2 milyard dollardan bir qədər çox artırmağa nail olub. Bütün bunlar da ölkəmizdə maliyyə sabitliyinin təmin olunmasına, manata təzyiqlərin dəf edilməsinə fundamental əsaslar yaradır. Belə bir faktı nəzərə çatdıraq ki, son 3 ayda Azərbaycanda inflyasiyanın səviyyəsi cəmi 4 faiz olduğu halda, əhalinin gəlirləri üzrə artım 10 faizi ötüb.
Yeri gəlmişkən, Mərkəzi Bankın sədri Elman Rüstəmov da manatın kursunun sabit qalacağını bildirib. Ölkədəki makroiqtisadi sabitliyin ciddi iqtisadi əsaslara söykəndiyini və devalvasiya gözləntilərinin olmadığını nəzərə çatdıran Mərkəzi Bankın rəsmisi əlavə edib: “Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən də söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur”.
“Bu gün dünyada və qonşu ölkələrdə bir çox proseslər müşahidə edilir ki, bunların da nəticəsində milli valyutamız nəinki ucuzlaşa, əksinə, əlavə dəyər qazana bilər. Ancaq müəyyən qüvvələr var ki, insanları təşvişə salmaq, öz çirkin əməllərini həyata keçirmək üçün dövriyyəyə manatın ucuzlaşacağı ilə bağlı heç bir əsası olmayan şayiələr buraxırlar”. Bu sözləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, sözsüz ki, insanlar belə şayiələrə inanmırlar. Millət vəkili deyib ki, dünya bazarında neftin qiyməti artır. Eyni zamanda, ölkədə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir, həmçinin dəstək tədbirləri gücləndirilir. “Made in Azerbaijan” brendinin beynəlxalq miqyasda tanıdılması və ölkədən ixracın artması təşviq edilir, bu məqsədlə zəruri infrastruktur, o cümlədən də logistik mərkəzlər yaradılır, qanunvericilik bazası möhkəmləndirilir. Azərbaycanda ÜDM-in həcmi bu ilin yanvar-fevral aylarında 11,54 milyard manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Adambaşına düşən ÜDM 1178,7 manata çatıb. Bununla yanaşı, qeyri-neft sektorunun payına düşən ÜDM də 2,3 faiz artıb. “Azərbaycanın müsbət reallıqları, makroiqtisadi sabitlik, ölkəyə valyuta daxilolmalarının artması manatın kursunun sabit qalmasına müsbət təsir göstərən amillərdir. Bütün bunlar bir daha deməyə əsas verir ki, manat ucuzlaşmayacaq, əksinə, milli valyutamız daha da güclənə bilər”, - deyə T.Rzayev bildirib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə də KİV-ə açıqlamasında manatın kursunun sabit qalacağı ilə bağlı müsbət proqnozlar dilə gətirib. “Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və ölkəyə xarici investorların gəlməsi üçün lazımi şərtlərdən biri də bazar iqtisadiyyatına uyğun məzənnə siyasətidir. Azərbaycanda qısa və uzunmüddətli dövr ərzində məzənnə dəyişikliyi üçün heç bir nəzəri və praktiki fundamental əsaslar mövcud deyil”, - deyə Nicat Hacızadə vurğulayıb.
Menecer qeyd edib ki, Azərbaycanda son illər aparılan dərin iqtisadi islahatlar artıq 2018-ci ilin ilk aylarında öz töhfəsini verməkdədir. İxracyönümlü siyasət yürüdən Azərbaycan artıq 2018-ci ilin iki ayı ərzində 241,7 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur. Bundan əlavə, Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 44 milyard dolları ötüb. Davamlı və effektiv ixrac siyasəti nəticəsində ölkəmizin ixracının 2018-ci ilin sonuna qədər daha da artması yüksək ehtimalla proqnozlaşdırılır. Buna səbəb iqtisadiyyatın bütün sektorlarında artımın müşahidə olunmasıdır. Habelə, 2018-ci il üçün nəzərdə tutulan meqa sənaye müəssisələrinin açılışı, kənd təsərrüfatında məhsuldarlığın artımı, qeyri-neft sənayesinin yüksəlişi inkişafa təkan verən amillərdir. “Bütün qeyd olunan məsələlər birbaşa və dolayı yolla Azərbaycanda həm makroiqtisadi, həm də monetar dayanıqlılığın möhkəmləndirilməsinə zəmin yaradacaq, ölkəmizi bütün mümkün iqtisadi risklərdən sığortalayacaq”, - deyə N.Hacızadə fikirlərini yekunlaşdırıb.
Millət vəkili Azər Badamov da manat üçün təhlükə olmadığını bildirib: “Dünyada gedən siyasi proseslər nəticəsində bir çox ölkələrin valyutalarının məzənnəsi aşağı düşüb. Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar rus rublunun dəyərinin enməsinə gətirib çıxardıb. Hesab etmirəm ki, manat üçün hər hansı bir təhlükə olsun. Azərbaycan iqtisadiyyatı müstəqil və dinamik şəkildə inkişaf edir. Manatın arxasında istehsal dayanır ki, bu amil də milli valyutamızın güclənməsinə gətirib çıxarır. Azərbaycan təkcə Rusiya ilə əməkdaşlıq etmir. Bizim məhsullarımız dünyanın əksər ölkələrinə ixrac edilir. Bütün bunların fonunda Azərbaycan manatının ucuzlaşacağını ehtimal etmirəm. Əksinə istehsalın həcmi artdıqca manat daha da möhkəmlənəcək. Bu gün həmçinin neftin qiyməti də artmaqdadır. Belə bir şəraitdə manatın ucuzlaşacağını demək düzgün deyil. İndiki mərhələdə manatın ucuzlaşması üçün real əsaslar yoxdur”.
“NIKOİL Bank”ın İdarə Heyəti sədrinin müşaviri, maliyyə eksperti Cəlal Nağıyev KİV-ə açıqlamasında bildirib ki, Azərbaycanda manatın ucuzlaşması və sərbəst dönərli xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur. Ekspertin fikrincə, manatın sabitliyini bir sıra amillər təmin edir: “İlk növbədə, Azərbaycanda daxili istehsal artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində kreditlərin əldə olunması üçün daha tez-tez müraciət etməyə başlayıblar”.
Ekspert əlavə edib ki, turizm sektorunun inkişafı hesabına ölkəyə daha çox xarici valyuta daxil olur: “Bunlardan başqa, iri qaz layihələrini də unutmaq olmaz. Bu layihələr orta perspektivdə ölkəyə xarici valyuta axınını təmin edəcək. “Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyacaq, bonus qismində isə əlavə 3,6 milyard dollar ödəniləcək. Daha bir amil isə dünya bazarında neftin qiymətinin artmasıdır. Azərbaycan neftinin qiyməti son 3,5 illik maksimum həddi yeniləyərək 74 dollara çatıb. Ona görə də hesab etmək olar ki, bu il dövlət büdcəsinin icrası ilə bağlı problem olmayacaq”.
C.Nağıyev vurğulayıb ki, əhalinin milli valyutaya inamı da kifayət qədər yüksəkdir və artmaqda davam edir: “Bu ilin fevral ayının yekunlarına əsasən, ölkə banklarında milli valyutada əmanətlərin həcmi 2935,2 milyon manat təşkil edib ki, bu da 2016-cı ilin fevralı ilə müqayisədə 2 dəfə çoxdur. Bir il ərzində əmanətlərin həcmi 37,8 faizədək artıb”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

