/ / Əli Əhmədov: İqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə irimiqyaslı layihələr həyata keçirilir
Əli Əhmədov: İqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə irimiqyaslı layihələr həyata keçirilir
25.04.2018 [09:19]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov aprelin 24-də Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalasla görüşüb.
Əli Əhmədov Azərbaycan Hökuməti ilə Dünya Meteorologiya Təşkilatı arasındakı mövcud münasibətlərdən danışaraq əlaqələrin bundan sonra daha da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanda gedən inkişaf prosesləri haqqında qonağa məlumat verən Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilir. İqtisadiyyatın şaxələndirilməsi, əsasən kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bütün bunlarla yanaşı, ölkəmizdə havanın keyfiyyətinin yaxşılaşdırılması, içməli su probleminin aradan qaldırılması məsələləri prioritet olaraq qalır. “Biz enerji ölkəsi olsaq da, tükənməyən alternativ enerji mənbələrinin inkişaf etdirilməsində maraqlıyıq. İqtisadiyyat inkişaf etdikcə ekoloji tarazlıqda istər-istəməz pozğunluqlar olur ki, bunlar da aradan qaldırılmalıdır. İçməli suyun tükənməməsi üçün bir çox layihələr həyata keçiririk, ancaq bu da kifayət etmir, daha çox müvafiq layihələr üzərində işləməliyik. Bu məsələlərin həllində Dünya Meteorologiya Təşkilatının dəstəyi vacibdir. Biz hökumətə reallaşa biləcək layihələrlə bağlı məlumat verəcəyik. Sizin rəhbərlik etdiyiniz qurumlarla əməkdaşlıq çərçivəsində faydalı layihələrin həyata keçiriləcəyinə ümidvarıq”, - deyə Baş nazirin müavini qeyd edib.
Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas Azərbaycanda birinci dəfə olduğunu vurğulayaraq, ölkəmizlə yaxından tanış olduğundan məmnunluğunu ifadə edib. Qonaq Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş bir çox ölkələrdə olduğunu, lakin heç birinin Azərbaycan kimi uğurlu inkişafa nail olmadığını bildirib. Petteri Taalas həyata keçiriləcək layihələrin kənd təsərrüfatının inkişafında uğurlu nəticələr verəcəyini vurğulayıb. Baş katib deyib: “Həyata keçiriləcək layihələrin uğurlu olacağına əminəm. Azərbaycanda dayanıqlı inkişaf sürətlidir, bütün sahələrdə inkişaf gedir, müsbət nəticələr var. Biz təklif edirik ki, meteoroloji sahəyə investisiya yatırılsın. Bu sahəyə qoyulan investisiyaların 10 mislini götürmək imkanı var. Bu həm də havanın keyfiyyətinin yaxşılaşmasına müsbət təsirini göstərəcək”.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

