/ / Eldar İbrahimov: Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu sahədə gördüyü işləri təqdirəlayiq hesab edirəm
Eldar İbrahimov: Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu sahədə gördüyü işləri təqdirəlayiq hesab edirəm
25.05.2018 [09:22]
Azərbaycanın bəzi rayonlarında 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi bəzi şəxslərin mülkiyyətində saxlanılır.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi illərdir hasarlanıb becərilməyən kənd təsərrüfatı təyinatlı iri torpaq sahələri barədə sərt tədbirlər görməyə başlayıb.
Komitə tərəfindən aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.
Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a deyib ki, tendensiya bu cür davam edəcəyi təqdirdə becərilməyən əkinə yararlı torpaq qalmayacaq: “Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu sahədə böyük işlər görüb və hazırda proses davam edir”.
Komitə sədri deyib ki, geri alınmış torpaqların hamısı kəndliyə, dövriyyəyə verilib: “Həmin torpaqlar becəriləcək, əkin əkiləcək. Artıq kimlərsə geri alınmış torpaqları hasara alıb alver edə bilməyəcək. Ulu öndər Heydər Əliyev vaxtilə torpaqları kəndliyə əkib-becərmək üçün pulsuz vermişdi. Vermədi ki, kimlərsə min hektarlarla torpaq alıb alver etsin. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu sahədə gördüyü işləri təqdirəlayiq hesab edirəm. Çünki 200 min hektardan çox torpaq sahəsinin yenidən dövriyyəyə qaytarılması kənd təsərrüfatı məhsulları istehsalının artırılması deməkdir”.
E.İbrahimov geri alınmış torpaqların kəndlilərin icarəsinə, istifadəsinə veriləcəyini bildirib: “Torpaqlar icarə ilə istifadəyə verilir. Kimin imkanı varsa, torpaqları icarəyə götürüb istifadə edəcək. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Torpaqlar əkildikcə kənd təsərrüfatı inkişaf edəcək. Kənd təsərrüfatı məhsullarının bolluğunun yaranması həm ölkədaxili, həm də xarici bazarlara çıxış imkanlarımızı artıracaq”.
Qeyd edək ki, indiyədək Komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunublar.
2015-ci ildən etibarən kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə ümumilikdə təyinatı dəyişdirilən torpaqlar da daxil olmaqla 277 min hektar torpaq sahəsi icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb.
Bitkiçilik sahələrinin genişləndirilməsi istiqamətində də 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Nəticədə 136 min hektara yaxın torpaq sahəsi 27 aqroparkın yaradılması məqsədi ilə investorların istifadəsinə verilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

