/ / Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar artım meyillərinin əldə olunmasına imkan verib
Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar artım meyillərinin əldə olunmasına imkan verib
08.10.2009 [09:41]
Beynəlxalq Valyuta Fondu (BVF) postsovet dövlətlərinin 2009-cu ildəki makroiqtisadi vəziyyəti ilə bağlı növbəti proqnozlarını açıqlayıb. Əvvəlki proqnozlarına müəyyən dəyişikliklər edən fondun ekspertləri bu ilin sonuna kimi keçid dövrünü yaşayan bir sıra dövlətlərin iqtisadi vəziyyətində müəyyən irəliləyişlərin olacağını güman edirlər. Eyni zamanda, BVF-nin mütəxəssisləri bəzi ölkələrin əvvəlki kimi böhran meyilləri ilə bağlı iqtisadi geriləməyə məruz qalacağını da proqnozlaşdırırlar. Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə departament rəhbəri Məsud Əhmədin qənaətinə görə, ümumilikdə hesabata daxil olan dövlətlərin əksəriyyəti böhranın təsirləri ilə bağlı mənfi tendensiyalardan xilas ola bilməyəcək. Qeyd olunan dövlətlərdə ən azı 1,5 faiz iqtisadi geriləmə müşahidə olunacaq. Ən çox iqtisadi geriləmə Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistanda qeydə alınacaq. Ermənistan böhranın zərərlərini ən çox hiss edən ölkə kimi iqtisadi cəhətdən dözülməz vəziyyətə düşəcək. İqtisadiyyatında 15 faizdən çox geriləmə proqnozlaşdırılan Ermənistanda tənəzzül uzun müddət davam edəcək.
BVF Azərbaycanla bağlı qiymətləndirmələrin nəticəsi olaraq bu qənaətə gəlib ki, respublikamızda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində stabil inkişaf tempi qorunub saxlanılacaq. Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verəcək. Respublikamız inkişaf dinamikasına görə Avropa miqyasında əsas aparıcı dövlətlərdən olacaq. BVF-nin digər iqtisadçıları da hesab edirlər ki, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempi 5 faizdən artıq olacaq ki, bu da ümumilikdə Avropa iqtisadiyyatının inkişaf göstəricisindən 2-3 dəfə çox deməkdir. Avropa dövlətlərinin iqtisadi inkişaf dinamikası üzrə orta göstəricisi 1-2 faiz proqnozlaşdırılır. Hətta bir sıra Avropa dövlətlərində inkişaf tempi 1 faizdən də aşağı gözlənilir. Xüsusilə də, Macarıstan, Latviya, Polşa, çexiya, Rusiya, Slovakiya, Fransa və digər dövlətlərin artım tempi 1 faizə bərabər olacaq.
BVF-nin rəyinə görə, Azərbaycanda makroiqtisadi sabitlik ümumi iqtisadi inkişafı təmin etməklə bir çox sahələrdə - investisiya qoyuluşu, daxili sərmayələrin həcminin artması, infrastruktur və kommunikasiya layihələrinə kapital yönəldilməsi kimi bölmələrdə inkişafın da davamlılığına zəmin yaradacaq. BVF respublikamızda maliyyə sabitliyinin əsas indikatorlarından biri kimi strateji valyuta ehtiyatlarının yüksək olmasını göstərir. Belə ki, son 5 ildə Azərbaycanda strateji valyuta ehtiyatlarının 4,4 dəfə artması və Mərkəzi Bankın milli valyutanın stabilliyini qoruyub saxlaması makroiqtisadi inkişafa stimul verib. Eyni zamanda, Mərkəzi Bankın pozitiv irəliləyişlərə nail olması bank bazarında funksional və idarəetmə siyasətinin səmərəliliyindən xəbər verir. Mərkəzi Bank düşünülmüş monetar siyasət yürütməklə valyuta bazarını gərginlikdən xilas edə bilib və digər ölkələrdən fərqli olaraq Azərbaycanda valyutanın devalvasiyası baş verməyib. Nəticədə, Azərbaycanın milli valyutası dönərli valyuta ilə müqayisədə bir qədər də möhkəmlənib. Bir manat hazırda 1,20 dollara satılır. Həmçinin, MB-nin monetar ssenariləri inflyasiyanın artmasının qarşısını alıb, istehlak qiyməti indeksi 6 dəfədən çox aşağı düşüb.
BVF hesab edir ki, keçid dövrü ölkələrinin ümumi iqtisadi mənzərəsinin təhlili bütün dövlətlərin dünyada baş verən böhran meyillərinin təsirinə məruz qalmasını göstərir. Amma dünya bazarında baş verən tendensiyalar Azərbaycanın maliyyə bazarına o qədər də ciddi təsir etməyib. Azərbaycan dünyadakı böhran meyillərindən yan keçməyə müvəffəq olub. Bunun nəticəsidir ki, daxili maliyyə bazarı sabit qorunub saxlanılıb.
BVF digər postsovet ölkələrində, Qazaxıstan və Rusiyada bəzi neqativ halların müşahidə olunmasına diqqət çəkərək bu dövlətlərdə xarici maliyyə və bank təşkilatlarının passiv rol oynamasını da qeyd edir. Bu isə həmin ölkələrin tamamilə daxili maliyyə qurumlarının təsiri altına düşməsinə gətirib çıxarıb. Nəticədə, bu ölkələrdə kredit dərəcələri kəskin şəkildə yüksəlib və iqtisadi sahəyə təsir edib. Xüsusilə də, tikinti şirkətləri kredit faizlərinin yüksək olması ucbatından ciddi problemlərlə üzləşib.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15

