Azərbaycan şirkətləri “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək
10.08.2018 [08:51]
Avqustun 30-dan sentyabrın 1-dək Çində “6-cı Çin-Avrasiya” Sərgisi keçiriləcək. Azərbaycan şirkətləri də bu sərgidə öz məhsulları ilə təmsil olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 9-da keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 15 şirkətin təmsilçisi iştirak edib.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayevin, İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirovun iştirakı ilə təşkil olunmuş iclasda müxtəlif xarici ölkələrdə təşkil edilən beynəlxalq sərgilərin, o cümlədən “6-cı Çin-Avrasiya” Sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların Çinə ixracının genişləndirilməsi üçün əlverişli platforma olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu sərgi, həmçinin Çin bazarının imkanlarının öyrənilməsi baxımından əhəmiyyətlidir. Çin bazarı üzrə aparılmış araşdırmalar da bu bazarın Azərbaycan məhsullarının, xüsusilə də şərab, spirtli və alkoqolsuz içkilərin tədarükü üçün sərfəli olduğunu göstərir.
İclasda, həmçinin Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılmasının önəmi qeyd edilib, Azərbaycan brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi bildirilib. Məlumat verilib ki, AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə beynəlxalq sərgilərdə iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçiriləcək, onlarla beynəlxalq sərgilərdə iştirak məsələlərinə dair müzakirələr aparılacaq.
Tədbir çərçivəsində yerli şirkətlərin nümayəndələrinə İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, onların “6-cı Çin-Avrasiya” Sərgisinə, “Made in Azerbaijan” brendinə, xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

