/ / Vahid büdcə təsnifatında dəyişikliklər edilərkən beynəlxalq təşkilatların təklifləri də nəzərə alınıb
Vahid büdcə təsnifatında dəyişikliklər edilərkən beynəlxalq təşkilatların təklifləri də nəzərə alınıb
18.10.2018 [08:23]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarına müvafiq olaraq vahid büdcə təsnifatında dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlı olub.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vahid büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.
Vahid büdcə təsnifatında edilən dəyişikliyə müvafiq olaraq büdcə gəlirlərinin təsnifatında büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmaları daha geniş və əhatəli təsnifləşdirilib, təsnifat kodlarına müvafiq əlavələr edilib.
Təsnifatda dəyişikliklər edilərkən beynəlxalq təşkilatların təklifləri də nəzərə alınıb.
Dövlət və icmal büdcələrinin strukturunda edilən əlavə və yeniliklərə (büdcə qaydasının tətbiqi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlər və s.) müvafiq olaraq büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı 14-dən 12-yə azaldılıb, təsnifatın bəzi xərc bölmələri genişləndirilib, bir sıra köməkçi bölmələrin strukturu dəyişdirilib.
Büdcə xərclərinin iqtisadi təsnifatı yenidən işlənilərək bölmələrin sayı 11-dən 10-a azaldılıb.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq 2020-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin bu təsnifata uyğun tərtib edilməsi məqsədilə onun tətbiqinə 2019-cu ildən başlanılacaq.
Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün seminar, müşavirə və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, vahid büdcə təsnifatının elektron və kağız daşıyıcılarda dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə orqanlarına göndərilməsi təmin ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35

