Energetika Nazirliyi ilə “Total Eren” şirkəti anlaşma memorandumu imzalayıb
06.02.2019 [10:08]
Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti arasında Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “Total Eren” şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb. Memorandum Azərbaycanda bərpaolunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.
E.Soltanov “Total” şirkəti ilə karbohidrogen sənayesində əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələrdən bəhs edib və bu təcrübənin bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıqla daha da zənginləşəcəyini söyləyib. Nazir müavini ölkəmizin bərpaolunan enerji potensialı barədə ətraflı məlumat verərək bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə külək, günəş və bioenerji üzrə 420 meqavat yeni generasiya gücünün istifadəyə verilməsi əsas hədəflərdən biridir: “Bu hədəfə nail olmaq üçün bərpaolunan enerji sahəsi üzrə qanunvericilik bazası yaradılır, özəl investisiyaların cəlbi mexanizmləri müəyyənləşdirilir və bu işlərdə qabaqcıl təcrübəyə malik beynəlxalq enerji şirkətləri, maliyyə təşkilatları ilə əməkdaşlıq edilir. Bu gün imzalanan bu sənəd “Total” şirkəti ilə əməkdaşlıqda yeni səhifə açmaqla bərabər, bərpaolunan enerjinin enerji istehsalında payının artırılması prosesinə töhfə verəcək”.
“Total” şirkətinin ölkə üzrə direktoru Denis Lemarşal Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, “Total Eren” bərpaolunan enerji layihələrinin, xüsusən külək və fotovoltaik elektrik stansiyalarının inkişafı, maliyyələşdirilməsi və istismarı üzrə ixtisaslaşıb. Anlaşma memorandumu şirkətin Azərbaycanda yaşıl enerjinin inkişafı sahəsində maraqlarını reallaşdırmağa imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

