Neft gəlirləri iqtisadiyyatın diversifikasiyasına əlverişli zəmin yaradıb
11.11.2009 [10:21]
Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub. Neft gəlirlərinin daxili sərmayələrə yönəldilməsi son illər ərzində iqtisadi və sosial bölmələrdə inkişaf meyillərinin yaranmasında mühüm rol oynayıb. Həm ölkə daxilində, həm də respublikamızdan kənarda həyata keçirilən strateji layihələrin maliyyələşdirilməsində neftdən daxil olan vəsaitlərin həcmi ilbəil artır.
Neftdən daxil olan resurslar ilk növbədə, respublikamızın ən mühüm infrastruktur layihələrinə, sosial bölmələrə istiqamətlənir. Belə ki, bu vəsaitlər qaçqın və məcburi köçkünlərin sosial həyatının, mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına, regionlarda təhsil və səhiyyə müəssisələrinin, diaqnostika mərkəzlərinin inşa edilməsinə, sosial bölmələrə və infrastruktur layihələrinə, yol-tikinti sektoruna, mədəniyyət və humanitar sahələrə yönəldilməkdədir. Bu gün inşa olunan körpülər, yollar, elektrik stansiyaları, su-kommunal xidmət qurğularının bərpasında, tikintisində başlıca maliyyə mənbəyi neft gəlirləridir. Artıq gələn ildən neft vəsaitlərinin daha yeni sahələrə - alternativ enerji mənbələrinin əldə olunmasına və ekoloji layihələrə də xərclənməsi nəzərdə tutulur ki, bu da iqtisadiyyatın diversifikasiyası üçün daha geniş imkanlara yol açır.
Bununla yanaşı, Azərbaycan hökuməti neft vəsaitlərini xarici ölkələrin iqtisadiyyatına və investisiya proqramlarına yönəltməklə perspektivdə bu kapital qoyuluşlarından böyük həcmdə dividentlər əldə etməyə əlverişli zəmin yaratmış olub. Hazırda xarici dövlətlərin sərmayə bazarında iştirak edən ölkəmiz həmin dövlətlərin ən nəhəng şirkətlərinin səhmlərinə sahib olub. Türkiyə, Rumıniya, Gürcüstan, Moldova və digər dövlətlərin sənaye komplekslərinə investisiya qoyan Azərbaycan bir neçə ildən sonra yatırılmış sərmayələrdən böyük məbləğdə divident qazanmış olacaq. Bu isə neft gəlirlərinin investisiyayönümlü siyasətin həyata keçirilməsində və yeni gəlir mənbələrinin qazanılmasında mühüm rol oynadığını göstərir.
Onu da qeyd edək ki, bu strateji layihələr və digər mühüm investisiya proqramları mərkəzləşdirilmiş fonddan, yəni, Dövlət Neft Fondundan ayrılan vəsaitlərlə bərabər, eyni zamanda, Dövlət Neft Şirkətinin və büdcədəki neft resurslarından yönəldilən pullar hesabına reallaşmaqdadır. Yəni, ümumilikdə respublikamızda neft satışından daxil olan valyuta ehtiyatlarının xərc istiqamətlərinin konkret hədəfləri məlumdur və bu vəsaitlər iqtisadiyyatın bütün bölmələrini əhatə etməkdədir. Neft gəlirləri iqtisadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsində başlıca mənbəyə çevrilib.
Neft vəsaitlərinin düşünülmüş siyasətə uyğun həm xarici investisiyalara, həm daxili sərmayələrə, həm də sosial sahələrə səmərəli xərclənməsi son nəticədə insan kapitalının inkişafına stimul verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi nefti - “qara qızılı” insan kapitalına çevirməkdən ibarətdir. Bu istiqamətdə aparılan tədbirlər öz mühüm nəticələrini verməkdədir və neft gəlirləri insanların ən qabaqcıl informasiya-kommunikasiya texnologiyalarını mənimsəməsinə, intellektual mülkiyyətin inkişafına istiqamətlənir.
Azərbaycan hökuməti həmişə bəyan edib ki, bütün iqtisadi bölmələr, o cümlədən, neft sektoru ilə bağlı vəsaitlərin istifadəsi ictimaiyyət üçün açıqdır və hamı bu rəqəmlərlə tanış ola bilər. Respublikamızın iqtisadi siyasətinin əsas prioriteti neft pullarının bütün sahələrə - yol, nəqliyyat, infrastruktur, su, kanalizasiya, təhsil, səhiyyə, elm, mədəniyyət, sosial sfera, kommunikasiya, rabitə, bank, maliyyə və digər sahələrə yönəldilməsindən ibarətdir. Yeri gəlmişkən, Azərbaycan hökuməti neft vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinin qorunmasını təmin edən mükəmməl mexanizm yaratmaqla bir çox ölkələrə nümunə olmaqdadır. Bu gün neft istehsal edən dövlətlərin əksəriyyəti respublikamızın neft gəlirlərinin idarə olunması sahəsindəki təcrübəsini tətbiq etməyə hazırlaşır.
Bir neçə ildir ki, dünyanın ən nüfuzlu təşkilatlarının neft bölməsində şəffaflıqla bağlı hesabatlarında Azərbaycan ən yüksək yerlərdən birini tutur. Bir neçə gün əvvəl Suveren Fondlar İnstitutunun təsisçiləri Karl Linaburq və Maykl Meduel tərəfindən hazırlanan “Linaburq-Meduel Şəffaflıq İndeksi” cədvəlində respublikamız ən yüksək yerə layiq görülüb. Şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətin qiymətləndirilməsi üzrə meyarların hər birindən ölkəmiz ən yüksək nəticəni əldə edib və 10 balla 45 suveren fond arasında birinci yerdə qərarlaşıb. Eləcə də, digər məşhur qurumlar - “Ernst ənd Yonq”, “Standart ənd Purs” “Mudz” kimi dünyanın ən nüfuzlu auditor təşkilatları Azərbaycanın neft və mədən sənayesində neçə illərdir ki, qiymətləndirmə aparır və neft vəsaitlərinin xərclənmə istiqamətləri ilə əlaqədar yekun rəylərdə şəffaflığın təmin olunması öz əksini tapıb. Respublikamızda həyata keçirilən layihələrin uğurları təqdir edilən bu rəylərdə neft gəlirlərinin bütün sahələr üzrə xərc istiqamətləri və şəffaflığın qorunması sahəsindəki zəngin təcrübə öz əksini tapıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

