"Uşaq ili"ndə Naxçıvanda yeni məktəblər, bağça binaları tikilib və təmir edilib
18.11.2009 [01:17]
Artıq “Uşaq ili” başa çatmaqdadır. Bəs, körpələrimiz üçün yadda qalacaq bu il Naxçıvan Muxtar Respublikasında (MR) necə başa vurulur? ölkə başçısının 2009-cu ilin “Uşaq ili” elan olunması ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn vəzifələr Muxtar Respublikada necə həyata keçirildi? Əvvəlcə qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planı əsasında “Uşaq ili”nin geniş şəkildə qeyd edilməsi üçün nəzərdə tutulan tədbirlər uğurla həyata keçirildi. Bu sahədə Muxtar Respublikada görülən işlərdən geniş danışmaq olar. Ancaq bu yazıda yalnız “Uşaq ili”ndə həyata keçirilən tədbirlərə toxunacağıq.
Beləliklə, fevral ayında Naxçıvan şəhərində Körpələr evi və Ailələrə Dəstək Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilk tədbirlər sırasına daxil oldu. ötən illərdə olduğu kimi, “Uşaq ili”ndə də Muxtar Respublikada yeni məktəblər, məktəbdənkənar tərbiyə müəssisələri, bağça binalarının tikilməsi və ya əsaslı təmir edilməsi diqqət mərkəzində saxlanıldı. Məsələn, təkcə Naxçıvan şəhərində 1836 şagird yerlik iki məktəb binası, 300 yerlik iki uşaq bağçası, 320 yerlik uşaq musiqi məktəbi tikilərək, yaxud yenidən qurularaq uşaq və gənclərin ixtiyarına verildi. Muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində də belə tədbirlər həyata keçirildi. Bu günlərdə Ordubad şəhərində Uşaq Musiqi Məktəbinin istifadəyə verilməsi də “Uşaq ili”nə layiqli töhfələrdən biri oldu. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri musiqi məktəbində təhsil alacaq uşaqları təbrik edərək dedi: “Hər bir ölkənin gələcəyi onun gənclərindən asılıdır. Azərbaycanın da gələcəyi gənclərdən asılıdır. Ona görə də ölkəmizdə gənclərə, uşaqlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də hərtərəfli gənclərin yetişdirilməsindən ibarətdir. Orta məktəbdə təhsilini yaxşı başa vuran, lazımi peşəyə yiyələnmək üçün təhsilini davam etdirən, yaxud hansısa peşə sahibi olmaq üçün peşə məktəblərinə, sənət məktəblərinə üz tutan, asudə vaxtlarını idman komplekslərində, musiqi məktəblərində keçirən gənclər hərtərəfli inkişaf etmiş gənclər hesab olunurlar”.
Bəli, uşaq musiqi məktəblərinin istifadəyə verilməsi şagirdlərin Muxtar Respublikada və ölkəmizdə keçirilən müxtəlif festival və müsabiqələrdə fəal iştirak etməsinə, uğur qazanmasına şərait yaradır. Bu uğurlar isə təsadüfi xarakter daşımır. Regionumuzda musiqi sənətinin inkişafı, peşəkar musiqiçilərin yetişdirilməsi, onların böyük səhnələrə çıxması istiqamətində atılan addımlar artıq bəhrələrini verməkdədir. Elə “Uşaq ili”ndə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən gənc pianoçuların respublika müsabiqəsində Muxtar Respublikanı təmsil edən gənclərin uğurlu çıxışları da dediklərimizin əyani təsdiqidir. Həmin müsabiqədə Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq və Bədii Sənətkarlıq Məktəbinin şagirdi ülvi Əhmədovun birinci yerə, Naxçıvan şəhər 3 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Aysel Rzayeva və Şərur rayonunun çərçiboğan kənd Uşaq Musiqi Məktəbinin şagirdi Tehran Cəfərxanlının isə ikinci yerə layiq görülməsi də “Uşaq ili”nin qürurverici anlarından oldu.
Qeyd edək ki, “Uşaq ili”nin yaddaqalan yeniliklərindən biri də Naxçıvan Muxtar Respublikası uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin bazasında Uşaq Filarmoniyasının yaradılması olacaq. Bu sahədə işlər davam edir.
İstifadəyə verilən yeni obyektlərdən danışarkən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin adını xüsusi qeyd etməliyik. Müasir üslubda tikilən və bütün avadanlıqlarla təmin olunan bu mərkəz indi Muxtar Respublikada ən böyük uşaq müəssisələrindən biri hesab olunur. Mərkəzin binasında Naxçıvan Dövlət Uşaq Teatrının fəaliyyəti üçün də şərait yaradılıb. Bu teatr “Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamına uyğun olaraq yaradılıb. Azərbaycanda iki uşaq teatrından biri olan bu mədəniyyət müəssisəsi artıq 2 ildir ki, fəaliyyət göstərir və naxçıvanlı məktəblilərin üz tutduğu sevimli ünvanlardan biridir.
Bu il idman sahəsində görülən işlər də diqqəti çəkir. Belə ki, cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Naxçıvan şəhərindəki Şahmat Mərkəzi və Şərur şəhərindəki Olimpiya-İdman Kompleksi uşaq və gənclərə ilin ən böyük hədiyyələrindən oldu. Qeyd edək ki, bu sahədə həyata keçirilən tədbirlər ardıcıllıqla davam etdirilir. Noyabrın 10-da Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin açılışı da həmin tədbirlər sırasına daxildir. Bu məktəb uşaqların və gənclərin fiziki sağlamlığının təmin edilməsi ilə yanaşı, idman uğurlarının da əldə edilməsinə şərait yaradacaq.
Dünyaya yenicə gəlmiş körpələrin sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılıb. Naxçıvan şəhərində möhtəşəmliyi ilə seçilən Doğum Mərkəzinin yeni binasının ölkə başçısının iştirakı ilə istifadəyə verilməsi naxçıvanlılarda böyük qürur hissi yaratdı. Yeri gəlmişkən onu da qeyd edək ki, dünya standartlarına cavab verən bu səhiyyə ocağının yeni binası ən müasir tibbi avadanlıqlarla təchiz olunub, yüksək səviyyədə xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Yeni obyektin ayağı uğurlu olub. Belə ki, Muxtar Respublikanın 400000-ci sakini dünyaya göz açıb, bu münasibətlə gənc ailəyə yeni mənzil verilib.
“Gəncliyimiz gələcəyimiz” adlı kitabın işıq üzü görməsi də “Uşaq ili”nə layiqli töhfələrdən biridir. Kitabda son illər Muxtar Respublikada uşaq, yeniyetmə və gənclərin müxtəlif sahələrdəki uğurları haqqında məlumatlar toplanıb. 134 istedadlı uşaq, yeniyetmə və gənc haqqında məlumat və 230-dan artıq fotoşəklin çap edildiyi kitab bu sahədə ilk addımdır.
Həyata keçirilən tədbirlərdən danışarkən Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında yenidənqurma işləri aparıldıqdan sonra orada uşaq əyləncə avadanlıqlarının uşaqların istifadəsinə verilməsini də qeyd etmək yerinə düşər. Parkın mərkəzində qurulmuş müxtəlif fiqurlardan ibarət çoxelementli karusellər və digər əyləncə qurğuları uşaqlara xoş ovqat bəxş edir.
Beləliklə, təkcə “Uşaq ili”ndə uşaqların hərtərəfli böyüməsi üçün nə qədər genişhəcmli işlər görülməsi gələcəyimizi etibar edəcəyimiz uşaqlara böyük diqqət və qayğının ifadəsidir. Ancaq qeyd edək ki, bu yazıda Muxtar Respublikada həyata keçirilən tədbirlərin bir hissəsinə toxunduq. Əsas odur ki, 2009-cu il uşaqlarımız üçün əsl bayram ilinə çevrilib. Ata-anaların, bacı və qardaşların ömrünə sevinc, həyatlarına bəzək olan uşaqlar xoş arzularla yaşayır, günü-gündən gözəlləşən Naxçıvanda inşa olunan yaraşıqlı məktəblərdə təhsil alır, park və xiyabanlarda dincəlirlər. Bütün bunlar körpələrin, uşaqların şən və firavan böyüməsinə, düzgün tərbiyə olunmasına yaradılan hərtərəfli şərait hesabına mümkün olub.
Sara ƏZİMOVA,
Naxçıvan
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

