Maliyyə Nazirliyi: Dövlət borcunun və zəmanətlərinin uçotu daha effektiv aparılacaq
12.09.2019 [09:47]
Prezident İlham Əliyevin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ilə müəyyən edilmiş tapşırığın icrası məqsədilə Maliyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) arasında Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi (DMFAS) Proqramının satın alınması və tətbiqi barədə layihə sənədi imzalanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, icra müddəti 36 ay olan layihə Asiya İnkişaf Bankı (ADB) və İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi (qrant şəklində) ilə həyata keçiriləcək. Layihə çərçivəsində proqram təminatının Maliyyə Nazirliyinin daimi istifadəsinə verilməsi və qurumun əməkdaşlarına müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.
Layihə müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə dolğun borc məlumatlarının etibarlı saxlanılması, daha səmərəli şəkildə idarə edilməsi, eləcə də borc məlumatlarının daha effektiv təhlili əsasında funksional çərçivə üzrə strateji məqsədlərə nail olmağa töhfə verəcək. Bununla yanaşı, layihə dövlət borcunun və zəmanətlərin hesabatlılığının da təkmilləşdirilməsini hədəfləyir.
UNCTAD-ın Borcların İdarə olunması və Maliyyə Təhlili Sistemi - DMFAS Proqramının əsas məqsədi davamlı iqtisadi inkişaf, idarəetmənin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması məqsədilə dövlət borclarının daha səmərəli şəkildə idarə edilməsini təmin etməkdir. Eyni zamanda, DMFAS borc idarəetmə prosedurlarını asanlaşdırır və beynəlxalq və ölkə səviyyəsində hesabatların daha şəffaf və dəqiq hazırlanmasına şərait yaradır.
Hazırda DMFAS proqramı 60-dək ölkənin maliyyə nazirliklərinə və mərkəzi banklarına istehsal qabiliyyətlərinin artırılması istiqamətində borc məlumatlarının etibarlı şəkildə idarə edilməsinə dəstək verir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

