/ / Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
15.10.2019 [09:58]
Azərbaycan və Özbəkistan arasında maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Maliyyə naziri Samir Şərifov oktyabrın 14-də Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanla Özbəkistanın mövcud yüksək səviyyəli siyasi əlaqələrinin önəmi qeyd edilərək iki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.
S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, maliyyə və bank sektorlarının gücləndirilməsi tədbirləri, investisiya siyasəti, ölkədə işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, əhalinin sosial müdafiəsi, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, özəl sektorun daha da inkişafının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.
İki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşən S.Umurzakov Azərbaycanla ümumi ticarət dövriyyəsinin daha da artırılması, ticarət, sənaye, kənd təsərrüfatı maşınqayırması, xidmət və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrin yekunu olaraq hazırlanan bir sıra sazişlərin imzalanmasının iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib.
Görüş zamanı, həmçinin makroiqtisadi və makrofiskal, maliyyə və büdcə idarəetməsi, qarşılıqlı təcrübə mübadilələri və digər istiqamətlər üzrə də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43

