/ / Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
14.11.2019 [09:42]
Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
Bu vaxtadək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon dollardan çox sərmayə yatırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri Mikayıl Cabbarov noyabrın 13-də Bakıda BƏƏ-nin İqtisadiyyat naziri, Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri ilə görüşdə deyib.
Nazir M.Cabbarov Azərbaycan-BƏƏ siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və BƏƏ beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.
İqtisadiyyat naziri qeyd edib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquqi baza yaradılıb, müxtəlif sahələrdə 30-dan çox sənəd imzalanıb. İkitərəfli əlaqələrdə investisiya əməkdaşlığının önəmini vurğulayan M.Cabbarov BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon ABŞ dollarından çox sərmayə yatırıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə 340-dan çox BƏƏ şirkəti qeydiyyata alınıb. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 38 faiz artıb. Artım tendensiyası bu ilin 9 ayında da davam edib və 22,5 faizlik artım müşahidə olunub.
Nazir Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsinin və Ticarət Evinin fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, qarşılıqlı ticarət həcminin daha da artırılmasının və strukturunun şaxələndirilməsinin önəmini vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində keçirilən görüşlərin rolunu vurğulayıb.
Görüşdə iki ölkə arasında enerji, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, qida təhlükəsizliyi, İKT, ticarət, investisiya, maliyyə, gömrük, kiçik və orta biznes, turizm, humanitar və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Həmin gün Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.
Azərbaycanın İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı istiqamətində keçirilən işgüzar görüşlərin, sərgilərin, yarmarkaların əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, indiyədək Dubay, Əbu-Dabi və Şarca şəhərlərinə ixrac missiyaları təşkil olunub, Dubayda hər il ənənəvi olaraq keçirilən “Global Village” sərgisində Azərbaycan pavilyonu açılıb. Azərbaycan şirkətlərinin “Dubay EXPO-2020” sərgisində də iştirakı nəzərdə tutulur.
Azərbaycanda aparılan islahatlar barədə məlumat verən M.Cabbarov qeyd edib ki, iqtisadi islahatların, sistemli tədbirlərin uğurlu nəticələri beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business 2020” hesabatında 190 ölkə arasında 34-cü yerdə qərarlaşan Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb, Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal Rəqabətlilik Hesabatı”nda isə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci olub.
Komissiyanın iclasında İqtisadiyyat naziri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, BƏƏ investorlarını tətbiq olunan investisiya təşviqi mexanizmlərindən faydalanmağa, sənaye zonalarına və aqroparklara investisiya yatırmağa, birgə layihələrin icrasına dəvət edib. M.Cabbarov Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayaraq, ölkələrimiz arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın böyük potensialını qeyd edib.
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizin böyük inkişafa nail olduğunu vurğulayıb. Komissiyanın həmsədri BƏƏ iqtisadiyyatı barədə məlumat verib, ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tədbirdə tərəflər iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri imzalayıblar. Sənəddə ticarət, sərmayə, sənaye, energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, nəqliyyat, rabitə və yüksək texnologiyalar, innovasiya və rəqəmsallaşdırma, turizm, mədəniyyət, təhsil və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

