“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11.12.2019 [09:44]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda keçirilmiş “İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumunun (IV Mejdunarodnıy Forum “Vremə İnnovaüiy 2019”) nəticələrinə əsasən “İlin İnfrastruktur layihəsi” adına layiq görülüb.
“İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumu çərçivəsində Bakıda innovasiya sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş tədbir baş tutub. Tədbir iştirakçıları olan yerli və xarici mütəxəssislər innovasiyaların müxtəlif sahələrdə tətbiqi, bu sahədə müasir trendlər barədə faydalı müzakirələr apararaq müxtəlif praktiki misallar nümayiş etdiriblər.
Tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev şirkətin icra etdiyi “Azerbaijan Digital Hub” proqramının ölkədə innovasiya mühitinin inkişafına, rəqəmsal ekosistemin formalaşmasına təsirlərindən danışıb. O proqram çərçivəsində icra edilən infrastruktur layihələri - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə magistral fiber-optik kabelinin çəkilməsi və beləliklə də Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə Rəqəmsal İpək Yolunun formalaşması, növbəti mərhələdə Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsi, iri Data mərkəzin tikintisi barədə məlumat verib, proqramın müxtəlif fazalarının icrasının ölkəmizdə innovasiyaların tətbiqinə mühüm töhfə verəcəyini qeyd edib. “Proqramın reallaşması ilə Azərbaycan hazırki enerji və nəqliyyat mərkəzləri statusu ilə yanaşı həm də regionun rəqəmsal mərkəzi olacaq. Bir müddət əvvəl AzerTelecom şirkətinin iştirakı ilə dövlət-özəl sektor tərəfdaşlığı Konsorsiumu da təsis olunub və biz Konsorsium çərçivəsində ölkəmizin rəqəmsal qovşağa çevrilməsi, Konsorsiumun rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinə töhfə verməsi üzərində çalışırıq”, - deyə Fuad Allahverdiyev bildirib.
Qeyd edək ki, beynəlxalq forum çərçivəsində həmçinin müxtəlif sahələrdə innovasiyaların tətbiqi və inkişafı üzrə ən yaxşı layihələrin IX “İnnovasiya Dövrü” mükafatı ilə təltif edilməsi mərasimi baş tutub. AzerTelecom şirkətinin “Azerbaijan Digital Hub” proqramı “İlin ən yaxşı infrastruktur layihəsi” mükafatına layiq görülüb.
4-7 dekabr tarixlərində baş tutmuş beynəlxalq forumda Azərbaycan, Rusiya və Qazaxıstanın qabaqcıl şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
“AzerTelecom” - Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53

