Dünya Bankı Azərbaycanla əməkdaşlığa dair yeni strategiya hazırlayacaq
23.01.2010 [04:18]
Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə qarşıdakı illərə dair yeni əməkdaşlıq strategiyasını hazırlamaq niyyətindədir. Respublikamızla adıçəkilən nüfuzlu maliyyə institutu arasında imzalanmış 2007-2010-cu illərə aid əməkdaşlıq strategiyasının müddəti bu il başa çatdığından DB yeni sənədin hazırlanmasını və təsdiq olunmasını zəruri sayır. Bank bu məqsədlə yeni konsepsiyaya uyğun olaraq, 2011-ci ildən başlayaraq iqtisadi-sosial və infrastruktur bölmələrini əhatə edən layihələrin maliyyələşdirilməsinə dəstəyini artırmaqda qərarlıdır.
DB-nin ölkəmizlə bağlı kredit siyasətinin 2010-cu il üzrə başlıca istiqamətləri isə magistral yolların və nəqliyyat infrastrukturunun yenidən qurulması, enerji sisteminin modernləşdirilməsi, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, kənd investisiyalarının təmin olunması, suvarma-paylayıcı sistemi və idarəedilməsinin təkmilləşdirilməsi, maliyyə xidmətlərinin inkişafı, korporativ idarəetmənin dərinləşdirilməsi ilə bağlı layihələri əhatə edir. Bank, bundan başqa, təhsil sektorunun inkişafı, pensiya və sosial təminat sistemində islahatlara dəstək, sosial müdafiənin gücləndirilməsi, səhiyyə sektorunda islahatların davam etdirilməsi və digər layihələrə kredit ayırmaq niyyətindədir. Dünya Bankı ilə yanaşı, bu nəhəng təşkilatın aparıcı strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası da 2010-cu ildə Azərbaycanın infrastruktur və maliyyə-bank sektorunda bir sıra layihələrin maliyyələşdirilməsini davam etdirəcək. ümumilikdə, hər iki maliyyə institutu ötən illərdə həyata keçirilən layihələrdə iştirak etməklə yanaşı, yeni layihələrə kredit ayrılmasında təmsil olunmaq niyyətindədir.
Dünya Bankının Bakı nümayəndəliyinin açıqlamasına əsasən, 2010-cu ildə qurumun maliyyələşdirəcəyi ilkin layihələr yol şəbəkəsinin modernləşdirilməsi və infrastrukturun yenidən qurulması ilə bağlı olacaq. Yaxın vaxtlarda Bankın Direktorlar Şurası həmin sahələr üzrə vəsaitlərin respublikamıza verilməsini təsdiq edəcək. Xatırladaq ki, DB indiyədək ölkəmizdə təkcə nəqliyyat sektoruna 1 milyard dollardan artıq investisiya yatırıb. İpək yolu, Azərbaycandan Rusiya sərhəddinədək olan yolun çəkilişi və digər yol infrastrukturu layihələrinə maliyyə vəsaitlərinin yönəldilməsində əsas donor qurum da məhz Dünya Bankıdır.
Bankın Cənubi Qafqaz üzrə missiyasının ötən il ölkəmizə səfəri zamanı Azərbaycan hökuməti ilə apardığı danışıqların əsas məzmunu da investisiya siyasətinin davam etdirilməsi ilə bağlı olub. DB Rusiya və İran sərhəddinədək olan istiqamətlərdə magistral yolların yenidən qurulmasını maliyyələşdirməyə razılıq verib. ötən ilin dekabr ayında tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən, bankın ölkəmizin dəmiryol xəttinin yenidən qurulmasına 450 milyon dollar həcmində kredit ayırması nəzərdə tutulub. Kredit çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 503 kilometr uzunluğunda dəmiryolunun əsaslı təmir edilməsi və 50 yeni lokomotivin alınması planlaşdırılır. Layihəyə əsasən, dəmiryolunun modernləşdirilməsi və xidmətlərin təkmilləşdirilməsi, eləcə də, rəqabət qabiliyyətinin təmin edilməsi iqtisadi effektivliyin artmasına səbəb olacaq, daşınmaların tezliyi xeyli yüksəlmiş olacaq. Qeyd edək ki, layihənin icrasının bu ildən başlanması nəzərdə tutulur.
DB-nin 2010-cu ildə yol-nəqliyyat sistemində maliyyələşdirmək istədiyi layihələr sırasına yol hərəkətinin tənzimlənməsi, paytaxtın mərkəzi küçələrinin modernləşdirilməsi, bölgələri paytaxtla birləşdirən 1-ci dərəcəli yollarla birlikdə Bakı və şəhərətrafı yol təsərrüfatının yenidən qurulması layihələri də daxildir. Bu layihələrə 1 milyard 500 milyon dollara yaxın vəsaitin xərclənməsi planlaşdırılır. Onu da qeyd edək ki, Azərbaycan hökuməti ilə DB perspektivdə şəhərin mərkəzindəki tıxacların aradan qaldırılması üçün paytaxtla ətraf əraziləri birləşdirən yeni dairəvi yolların çəkilməsini nəzərdə tutan iri layihə ilə bağlı danışıqlar aparıb və razılığa gəliblər. Həmin layihə çərçivəsində paytaxtın bir sıra prospekt və küçələrindəki yolların genişləndirilməsi, 2-3 mərtəbəli yol şəbəkələrinin salınması, avtomobillərin həm üfüqi, həm də şaquli hərəkəti üçün yeraltı keçid və tunellərin inşa edilməsi planlaşdırılır. Yol hərəkətinin tənzimlənməsi layihəsi çərçivəsində əlavə 4 dairəvi yolun çəkilişinə başlanılacaq. Tıxacların qarşısını almaq üçün süzgəc formasında dairəvi yollar tikiləcək. Suraxanı-Zabrat, Binəqədi-Dərnəgül, Tbilisi prospekti, Bayıl-Sahil qəsəbəsi və digər istiqamətlər üzrə belə yolların inşasına start verilməsi planlaşdırılır. Həmin yollar paytaxtın magistral yollarında və prospektlərdə hərəkətin stimullaşdırılmasına xidmət göstərəcək.
Dünya Bankının aparıcı maliyyə strukturlarından olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) da ölkəmizdə iri investisiya layihələri ilə iştirak etməkdədir. Korporasiya ötən illər ərzində infrastruktur, sənaye, bank və maliyyə sektoruna böyük həcmdə kredit ayırıb. BMK ölkəmizdə ipoteka kreditlərinin verilməsində yaxından iştirak etmək niyyətindədir. Təşkilat Azərbaycanın ipoteka bazarının inkişafı layihəsinin maliyyələşdirilməsində İpoteka Fondu ilə əməkdaşlıq edəcək. BMK kommersiya banklarına da maliyyə yardımı göstərəcək ki, həmin vəsaitlər ipoteka kreditləri məqsədilə istifadə olunacaq. ümumiyyətlə, BMK kommersiya banklarına ipoteka proqramlarını həyata keçirməkdə və təkmilləşdirməkdə birbaşa köməklik göstərməyi planlaşdırır.
Dünya Bankının Azərbaycan hökuməti ilə yeni əməkdaşlıq strategiyasının istiqamətləri də geniş sahələri əhatə edəcək. Bankla respublikamız arasında məhsuldar əməkdaşlığın müvəffəqiyyətlə davam etməsi perspektivdə daha yeni investisiya layihələrinin gerçəkləşməsinə əlverişli zəmin yaradır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

