/ / Azərbaycan hökuməti qlobal enerji bazarındakı vəziyyətlə əlaqədar qabaqlayıcı rejimdə operativ tədbirlər həyata keçirir
Azərbaycan hökuməti qlobal enerji bazarındakı vəziyyətlə əlaqədar qabaqlayıcı rejimdə operativ tədbirlər həyata keçirir
13.03.2020 [09:32]
Respublikanın güclü iqtisadi potensialı və böyük həcmlərdə strateji valyuta ehtiyatları neftin kəskin ucuzlaşması şəraitində ölkəmizin xarici mənfi təsirlərə müqavimət gücünü artıran əsas amillər qismində çıxış edir
Son vaxtlarda dünyada müşahidə edilən mənfi tendensiyalar qlobal enerji bazarında ağır vəziyyətin yaranması ilə nəticələnib. Belə ki, ayrı-ayrı ölkələrdə koronavirus epidemiyasının yayılması ilə əlaqədar beynəlxalq miqyasda iqtisadi aktivliyin aşağı düşməsi və OPEC+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb.
Qlobal enerji bazarında yaranmış belə vəziyyət, təbii ki, neft istehsalçısı olan Azərbaycanda da həssaslıqla izlənilir. Qeyd edək ki, hazırda dünya enerji bazarında neftin qiyməti Azərbaycanda 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan aşağıdır. Yeri gəlmişkən, martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsiri müzakirə olunub. İqtisadi və maliyyə sektorlarına aid müvafiq qurumların rəhbərlərinin də qatıldığı müşavirədə belə bir fikir ifadə olunub ki, Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin neytrallaşdırılması və ölkəmizə təsirinin məhdudlaşdırılması məqsədilə operativ tədbirlər görür. Ölkəmizdə neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri mövcuddur və bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək.
Azərbaycan kifayət qədər yüksək maliyyə immunitetinə və təhlükəsizlik “yastığı”na malik olan ölkədir
Bu gün Azərbaycan qlobal mənfi iqtisadi təsirləri önləmək üçün kifayət qədər yüksək maliyyə immunitetinə və təhlükəsizlik “yastığı”na malik olan ölkədir. Qlobal mənfi təsirlər fonunda Azərbaycanın özünəinam hissini artıran amillər isə ilk növbədə ölkəmizin güclü iqtisadi potensialı və geniş maliyyə imkanları ilə bağlıdır. Son 16 ildə respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib, zamanın dəyişən tələbləri nəzərə alınmaqla hazırlanan islahatlar aparılıb, dəstək tədbirləri gücləndirilib. Nəticədə, bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3,4 dəfə genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Azərbaycanın iqtisadi inkişaf strategiyasında neftdənkənar sektorun istehsal imkanlarının genişləndirilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Təkcə son illərdə qeyri-neft sektorunda istifadəyə verilən nəhəng sənaye müəssisələri milli iqtisadiyyatımızın gücünü, o cümlədən də ölkəmizin ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Həmçinin respublikamızda qeyri-neft sektorunun mühüm bir qolu olan kənd təsərrüfatı yeni yanaşmalar əsasında inkişaf etdirilir və burada da yaxşı nəticələr əldə olunur.
Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı, kənar mənfi təsirlərə müqavimət gücü olan bir iqtisadiyyatdır. 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhran fonunda belə milli iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin olunub və son illərdə bu dayanıqlılıq daha da möhkəmlənib. Ümumiyyətlə, ölkə iqtisadiyyatı iqtisadi təlatümlərə hazırdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. 2020-ci ilin yanvar-fevral aylarında ölkəmizdə ÜDM 2,8 faiz, qeyri-neft ÜDM-i isə 6,7 faiz artıb. Bütün bu statistik göstəricilər ona dəlalət edir ki, milli iqtisadiyyatımızın qeyri-neft sektorunda genişlənmə meyli yüksəkdir və iqtisadiyyatın şaxələndirilməsi getdikcə daha da sürətlənir.
Dayanıqlı iqtisadiyyat qurmağa nail olan Azərbaycan, eyni zamanda, özünün maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları həcmindədir. Strateji valyuta ehtiyatlarımız ÜDM-in həcmini 8 faizdən çox üstələyir. Yeri gəlmişkən, qeyd edək ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Respublikamız həmçinin xarici dövlət borcunu azaltmağı hədəfləyib. Hazırda respublikamızın xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu da bütün dünya üzrə ən aşağı hədlərdən biri sayılır. Yeri gəlmişkən, Azərbaycan dövlət borcunun azaldılması ilə bağlı müvafiq strategiya qəbul edib. Həmin strategiya əsasında qarşıya respublikamızın borc öhdəliklərinin getdikcə azaldılması ilə bağlı konkret hədəflər qoyulub.
Azərbaycan hökuməti qlobal enerji bazarında yaranmış indiki vəziyyətdə preventiv tədbirlər görərkən məhz bu güclü bazaya əsaslanır. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Nazirlər Kabinetində keçirilən müşavirədə hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini nəzərə çatdırıb. Müşavirədə bildirilib ki, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib. Azərbaycanın iqtisadi potensialı və neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarının artırılması yaranmış indiki vəziyyətdə ölkəmizə zəruri tədbirlər görmək üçün müvafiq vasitələrə və alətlərə malik olmaq imkanı verir.
Büdcə xərclərinin səmərəliliyi artırılaraq daha da optimallaşdırılır
Yaranmış vəziyyətdə qarşıda duran əsas vəzifələrdən biri büdcə xərclərinin səmərəliliyini artıraraq daha da optimallaşdırmaqdan ibarətdir. Bu məqsədlə monetar və fiskal tədbirlər həyata keçirilir. Ölkədə milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən çevik dövlət tənzimləməsi tətbiq edilib. Nazirlər Kabinetində keçirilən müşavirədə bildirilib ki, hazırkı dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb və hər hansı ciddi təsirlər müşahidə edilməyəcək. Verilən məlumatlara əsasən, cari ilin ilk iki ayında vergi orqanları tərəfindən proqnoz göstəricilər artıqlaması ilə icra olunub. Belə ki, yanvar-fevral aylarında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb. Eyni zamanda, gömrük orqanları tərəfindən də daxilolmalar artıqlaması ilə icra edilib. Artıq gömrük orqanlarının xətti ilə icra olunan gəlirlər 4 milyon manata çatıb. Digər tərəfdən, büdcənin formalaşmasında Dövlət Neft Fondundan olan transfert mühüm rol oynayır. Bu transfertin də dövlət büdcəsinə daxil olması təmin edilir.
Paralel şəkildə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı da müvafiq işlər davam etdirilir. 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur. Hazırda istehlak bazarına ciddi nəzarət təşkil olunub. Vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülür. Ölkə üzrə inflyasiya hədəflənən səviyyədə saxlanılır.
Mübariz
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

