/ / Azərbaycan öhdəliklərinə sadiqdir və neft bazarında sabitlik proseslərinə töhfəsini davam etdirəcək
Azərbaycan öhdəliklərinə sadiqdir və neft bazarında sabitlik proseslərinə töhfəsini davam etdirəcək
03.07.2020 [08:53]
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun təşkilatçılığı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” mövzusunda beynəlxalq videokonfrans keçirilib
İyulun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq videokonfrans keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən “Valday” Beynəlxalq Diskussiya Klubunun İdarə heyətinin sədri Andrey Bıstritski dünyanın üzləşdiyi pandemiya böhranından danışıb. O deyib ki, normal həyata qayıtmaq üçün kifayət qədər vaxt tələb olunacaq. Onun sözlərinə görə, bu dövrdə dünya bir daha energetikanın əhəmiyyətini anladı. Energetika müxtəlif mahiyyətli bir sıra münaqişələrin tərkibindədir. Energetika siyasi proseslərlə yanaşı, addımlayır. “Enerji olmadan həyatın davam etdirilməsi mümkün deyil. Bu gün təşkil olunmuş konfransda bu istiqamətdə müzakirələr aparılacaq”, - deyə sədr vurğulayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Rusiya və Azərbaycanın həyatında energetikanın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, xüsusilə energetika sahəsində Rusiya ilə əməkdaşlıq çox əhəmiyyətlidir: “Azərbaycanın müstəqillik tarixinə baxsaq, 1990-cı illərdə rəqabət barədə geniş müzakirələr aparılırdı. Hazırda bir sıra məsələlərdə rəqabət kənara qoyulmalı və əməkdaşlığa yönəlik münasibətlər nəzərdən keçirilməlidir”.
Energetika naziri Pərviz Şahbazov çıxışı zamanı deyib ki, OPEC+ çərçivəsində tənzimləmə mexanizmlərini nəzər alaraq Azərbaycan ilk addım atan ölkələrdən olub. Nazir bildirib ki, dünya ölkələri mövcud vəziyyətdə əməkdaşlığa və innovasiyalara daha açıq olmalıdır. OPEC+ nəticəsində qəbul olunmuş qərarların icrasının sabit qalmasına nail olmalıyıq. Bu formatın genişlənməsini labüd hesab edirəm. Azərbaycan öhdəliklərinə sadiqdir və neft bazarında sabitlik proseslərinə töhfəsini davam etdirəcək.
Energetika naziri bildirib ki, neft istehsalı və dənizdən neftin çıxarılması Azərbaycanın adı ilə bağlıdır. Belə ki, 1899-cu ildə Azərbaycan dünya tələbatının 50 faizini ödəyirdi. Pərviz Şahbazov, həmçinin ənənəvi enerji mənbələrinin cəlbediciliyinin əvvəlki kimi olmadığını və bərpa olunan enerji mənbələrinin rolunun artırılmasının vacibliyini qeyd edərək deyib: “Azərbaycan Prezidenti İlham Əliyev bərpa olunan enerji mənbələrinin artırılması və ölkədəki enerji mənbələrinin şaxələndirilməsini inkişafın prioritet sahələri kimi müəyyən edib. Bununla bağlı qanun layihəsi hazırlanıb. Özəl sektorun və investisiyanın cəlb olunması üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atılır”.
Nazir Azərbaycan-Rusiya münasibətlərindən də danışıb, Rusiya şirkətlərinin son 26 ildə “Şahdəniz”, Cənub Qaz Dəhlizi layihələrində fəal iştirak etdiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektoruna Rusiya şirkətlərinin sərmayəsi 4 milyard dollara bərabərdir.
Rusiyanın Energetika naziri Aleksandr Novak dünya iqtisadiyyatının gözlənilməz hadisə ilə üzləşdiyini bildirərək qeyd edib ki, bu il ÜDM-də 5-6 faiz azalma gözlənilir və bu da dünya energetikasına ciddi təsir edəcək. Rusiyalı nazir bildirib ki, energetika ən ciddi ssenarilərə dayanıqlılığı təmin edə bilər. Nazir deyib: “Tələbatın kəskin azalmasına baxmayaraq, həddən artıq təklifin olması ilə əlaqədar böhranın qarşısını almalıyıq. Biz hasilatın ciddi azalmasına nail olmasaydıq, qiymətlərin uzunmüddətli ciddi düşməsi və mənfiyə getməsinin şahidi olardıq. Anbarların dolması ehtimalı var idi. OPEC-in qərarı vaxtında verilmiş qərar idi. Hazırda bazar həssasdır. Buna görə istehsalçılar arasında əməkdaşlıq çox vacibdir”.
“Valday” Beynəlxalq Diskussiya Klubunun elmi iş üzrə direktoru Fyodor Lukyanovun moderatorluğu ilə keçirilən tədbirdə ekspertlər sessiyası baş tutub. İlk olaraq çıxış edən Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru Konstantin Simonov enerjinin siyasi proseslərə təsiri mövzusunun ötən əsrin 50-60-cı illərindən mövcud olduğunu deyib. Onun sözlərinə görə, bu özünü birinci və ikinci neft böhranlarından sonra daha çox büruzə verib. Lakin onun fikrincə, energetikanın siyasiləşməsi son zamanlar dəyişib və buna şist inqilabı və yaşıl inqilab səbəb olub.
BP şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışı zamanı pandemiyanın qlobal enerji bazarına təsirlərindən danışıb. Onun sözlərinə görə, çətin iqtisadi vəziyyətə baxmayaraq, BP şirkəti Azərbaycandakı layihələrin icrasına sadiqdir. “Məqsədimiz ən azından qarşıdakı 30 ildə Azərbaycanda biznesi davam etdirməkdir. Bu da ölkə ilə Hasilatın Pay Bölgüsü sazişinə əsasən həyata keçirilir. Lakin biz Xəzər hövzəsinin rəqabətliliyini artırmalıyıq ki, layihələr aşağı qiymətdə belə rəqabətli olsun. Biz, həmçinin Azəri-Çıraq-Günəşli ilə bağlı “Əsrin müqaviləsi” layihəsini davam etdirməyə sadiqik”, - deyə Bəxtiyar Aslanbəyli vurğulayıb.
Kral Fahd adına Neft və Minerallar Universitetinin departament rəhbəri Şafi Aldamer çıxışında neftdən siyasi proseslərdə istifadə olunmadığını, əksinə siyasi prosesləri tənzimlədiyini deyib. Onun sözlərinə görə, OPEC sabitləşdirmə faktorudur və bu təşkilatda inhisarçılıq yoxdur: “Azərbaycanın OPEC+ çərçivəsində dünya iqtisadiyyatının sabitləşməsinə cəhdlər edir. Düşünürəm ki, bu format davam edəcək. Bu prosesdə əlində gələni edən ölkələr bazara nəzarət və siyasi gündəmi dəyişmək üçün deyil, bazarı sabitləşdirmək üçün edir”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova məhz 2016-ci il Davos Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-OPEC ölkələrinin forumunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb. O, neftə olan tələbatın sürətlə azalmasından danışaraq, qazın buna daha az məruz qaldığını bildirib. Onun sözlərinə görə, həmçinin bərpa olunan enerji böhrana daha ciddi müqavimət göstərib. Esmira Cəfərova deyib ki, dövlətlərarası əməkdaşlıq olmasa, bu çağırışların öhdəsindən gəlmək mümkün olmayacaq.
Almaniya-Rusiya Forumunun elmi direktoru Aleksandr Rar dünya bazarında dəyişikliklərin dünyada geosiyasi münaqişələrə də təkan verdiyini bildirib. O, son zamanlar “Şimal Axını 2” layihəsi ətrafında müzakirələrə və ABŞ-ın sanksiya təhdidlərinə toxunub. Onun sözlərinə görə, bütün bunların fonunda Almaniya enerji şirkətlərini özəlləşdirib və bazar qanunlarının öhdəsinə buraxıb.
“Valday” Beynəlxalq Diskussiya Klubunun proqram direktoru İvan Timofeyev çıxışı zamanı hazırda ABŞ-ın beynəlxalq maliyyə sistemində liderlik etdiyini bildirib. Onun sözlərinə görə, dollar dünyada ən çox işlənən pul vahididir və amerikalılar bundan siyasi alət kimi istifadə edirlər. O bildirib ki, Aİ nə qədər iradə nümayiş etdirsə də, bazarda sərbəst hərəkət edən şirkətlər ABŞ qanunlarına tabe olub “Şimal axını”ndan uzaqlaşacaq.
Tədbir daha sonra sual-cavab sessiyası ilə davam etdirilib.
Qeyd edək ki, konfrans sabah da qapalı şəkildə öz işini davam etdirəcək.
Konfransın ikinci günündə Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Rusiya Energetika nazirinin müavini Pavel Sorokin və Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev çıxış edəcək və Rusiya və Azərbaycan münasibətləri, nailiyyətlər, çağırışlar və qarşılıqlı fayda kəsb edən əlaqələrin perspektivlərinə dair müzakirələr aparacaqlar. Konfransın işində, həmçinin Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun (MQİMO) elmi əməkdaşları Nikolay Silayev, Sergey Markedonov, Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı Stanislav Pritçin, Milli Məclisin deputatı Nizami Səfərov, politoloq Tofiq Abbasov və Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

