Azərbaycan üçün beynəlxalq səviyyəli investisiya reytinqi
26.05.2010 [10:47]
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Fitch Ratings” təşkilatı Azərbaycanın reytinqini yüksəldib. Agentlik respublikamızla bağlı təyin etdiyi uzunmüddətli “BB+” reytinqini yüksəldərək “BBB-” səviyyəsində müəyyən edib. “Fitch Ratings” agentliyi yeni reytinqin müəyyənləşməsində ölkəmizin iqtisadi, investisiya, maliyyə sabitliyinin dözümlü olmasını, iqtisadiyyatın inkişaf dinamikasının stabil artım templəri ilə davam etməsini başlıca elementlər kimi qəbul edib. Eyni zamanda, qurum yeni reytinq təyin olunarkən neft gəlirlərinin sürətlə artmasını və həmin vəsaitlərin güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması məqsədilə səmərəli idarə olunmasını əsas amillər kimi nəzərə alıb.
“Fitch Ratings”in iqtisadçılarının fikrincə, bir çox ölkələr dünyada baş verən böhran meyillərinin təsirinə məruz qalsa da, Azərbaycanda antiböhran siyasətinin çevik və effektli şəkildə həyata keçirilməsi iqtisadi seqmentlər üzrə fəallığın azalmasının qarşısını alıb. Azərbaycan hökumətinin böhrana qarşı mükəmməl iqtisadi konsepsiya hazırlayaraq həyata keçirməsi makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasına və real sektorda iqtisadi dinamizmin artmasına imkan yaradıb. Eyni zamanda, respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldib və böhranın növbəti fazasının ölkəmizə mənfi təsirlərinin qarşısını almış olub. İqtisadiyyatın əsas bölmələrində, xüsusilə də, özəl sektorda dinamizm meyilləri güclənib. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempi 6 faizdən artıq olub ki, bu da ümumilikdə Avropa iqtisadiyyatının inkişaf göstəricisindən 2-3 dəfə artıq deməkdir.
“Fitch Ratings” yeni reytinqi müəyyənləşdirərkən ölkəmizdəki investisiya mühitini də ciddi şəkildə təhlil edib. Respublikamızdakı şəffaf biznes mühitini və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici sərmayə atmosferasını dəyərləndirən agentlik bu faktorun investisiya fəallığına əlverişli zəmin yaratdığını bildirir. Agentliyin analitiklərinin fikrincə, Azərbaycanın investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. Analitik qrupun şərhində qeyd olunur ki, investisiya sahəsində həyata keçirilən tədbirlər və bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsi Azərbaycanın maliyyə sabitliyinin möhkəmlənməsinə təkan verib, xarici investorların ölkəyə marağının artmasına zəmin yaradıb. Agentlik bu qənaətdədir ki, respublikamızda biznesə olan marağın yüksəlməsi əlverişli investisiya mühitinin formalaşmasını daha da stimullaşdırır. Dünya maliyyə böhranı bir çox dövlətlərdə iri və orta şirkətlərlə yanaşı, kiçik müəssisələrin bağlanmasına səbəb olsa da, respublikamızda bu tendensiya müşahidə olunmayıb. Azərbaycanda ötən il iqtisadi fəallıq aşağı düşməyib, əksinə, daha da yüksəlib, buna görə də, yeni yaradılmış sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması qeydə alınmayıb.
“BBB-” ölkəmiz üçün həddindən artıq mühüm əhəmiyyət daşıyan kredit reytinqi və ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi kimi səciyyələndirilə bilər. Yeni reytinq Azərbaycan üçün beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın beynəlxalq statusa malik potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də dərin əsaslar yaratmış olur. “BBB-” kredit reytinqinin təyin edilməsi beynəlxalq maliyyə institutlarının və investorların respublikamıza etimadının daha da yüksəlməsinə, ölkəmizin borclanma qabiliyyətinin artırılmasına, iri şirkətlər tərəfindən borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin yaradılmasına və Azərbaycanın dünyanın ən böyük kapital bazarlarına çıxışının asanlaşdırılmasına münbit şərait yaradacaq.
Onu da qeyd edək ki, respublikamız “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən müəyyən olunmuş yeni reytinq dərəcəsindən səmərəli istifadə etmək niyyətindədir. Azərbaycan bu reytinq ilə beynəlxalq maliyyə bazarlarında aktiv iştirakçıya çevrilmək məqsədi güdür. İlk növbədə, dünyanın ən iri fond birjalarında qiymətli kağızların emissiyası və dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi nəzərdə tutulur. Hazırda respublikamız ABŞ-ın “Citibank” və Almaniyanın “Duetche Bank” maliyyə təşkilatları ilə birgə öz qiymətli kağızlarını beynəlxalq maliyyə bazarlarına yerləşdirmək məsələləri üzərində araşdırmalar aparır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46

