İqtisadiyyat naziri Çin şirkətlərini Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edib
02.07.2021 [10:34]
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Quo Minlə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Çin Kommunist Partiyasının yaradılmasının 100 illiyi ilə bağlı səfirə təbriklərini çatdıran nazir Azərbaycanın Çinlə əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın bütün sferalarda genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi, yüksək səviyyəli səfərlər və keçirilən görüşlər tərəfdaşlığın inkişafına əlverişli zəmin yaradır. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdəndir. Beynəlxalq arenada ölkələrimizin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı olaraq ifadə edilən dəstək xüsusi əhəmiyyətə malikdir.
M.Cabbarov deyib ki, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında əlaqələrin genişlənməsində əlverişli platformadır. Azərbaycanın Çində ticarət nümayəndəsi, 3 ticarət evi, 3 şərab evi, ticarət şəbəkələrində 3 ticarət bölməsi fəaliyyət göstərir və bu istiqamətdə tədbirlər davam etdirilir. Azərbaycanda Çin sərmayəli şirkətlər fəaliyyət göstərir, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Sənaye sahəsində Çinlə bir sıra layihələr üzrə danışıqlar aparılır.
Görüşdə işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa işləri barədə məlumat verilib, Çin şirkətlərinin burada yenidənqurma işlərində iştirak imkanları vurğulanıb.
Nazir Azərbaycan iqtisadiyyatının prioritetlərini, qeyri-neft sektorunun dayanıqlı artımını, ticarət, investisiya, nəqliyyat-tranzit və sair sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün perspektivləri qeyd edərək, Çin şirkətlərini ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, sənaye parklarına, o cümlədən bu yaxınlarda təməli qoyulan Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edib.
Görüşdə Azərbaycanın əlverişli nəqliyyat-tranzit potensialı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir Q.Min ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayaraq, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Zəngəzur dəhlizinin Çinin “Bir kəmər, bir yol” nəqliyyat layihəsinə töhfə verəcəyinə əminliyini bildirib. Səfir Azərbaycanın iqtisadiyyat nazirini Çində keçiriləcək növbəti Çin Beynəlxalq İdxal Sərgisinə dəvət edib.
Görüşdə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və ticarət dövriyyəsinin artırılması barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11

