Lirə nə vaxt möhkəmlənəcək?
25.11.2021 [10:59]
Vüqar Bayramov: “Hələlik lirənin güclü şəkildə möhkəmlənməsi ehtimalı çox aşağıdır”
Türk lirəsi ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir. Axşam saatlarında USD/TRY cütlüyünün qiyməti 13.46 həddinə çatıb. Türkiyə milli valyutasının dəyərini itirməsi ölkənin ümumi iqtisadi mənzərəsinə mənfi təsirini göstərib. Elə bu səbəbdən də Türkiyə cəmiyyətində narazılıq yaranıb. Bəs lirənin bu səviyyəyə düşməsini hansı amillər şərtləndirib? Yaxud bu amillərin sırasında geosiyasi amillərin çəkisi nə qədərdir? Və nəhayət, Türk milli valyutasının məzənnəsi nə vaxt, hansı şərtlərlə tənzimlənə bilər? Bu suallarımıza millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovla birgə aydınlıq gətirməyə çalışdıq.
“Yeni Azərbaycan”ın suallarını cavablandıran V.Bayramov bildirib ki, lirənin xarici valyutalara, eləcə də ABŞ dollarına nisbətən məzənnəsinin azalması gözlənilən idi: “Türkiyənin Mərkəzi Bankı mütəmadi olaraq uçot dərəcəsinin dəyişməsiylə bağlı qərarlar qəbul etmişdi, amma buna baxmayaraq, nəzərə almaq lazımdır ki, Türkiyənin xarici hesablaşmalar balansında kəsir var, eləcə də Türkiyənin bir sıra aparıcı Qərb ölkələri ilə münasibətində siyasi gərginlik müşahidə olunur, bu da təbii ki, lirənin məzənnəsinə birbaşa təsir göstərdi və məzənnədə azalmalar var”.
Siyasi faktorların rolu...
“Türkiyə bir sıra MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşlardan biri, Azərbaycanın xarici sərhəddə ikinci ən böyük tərəfdaşıdır və Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 4.5 milyard dollardan çoxdur. Eləcə də Türkiyə qeyri-neft sektorunda Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Amma məzənnələrin dəyişməsi coğrafiyasına diqqət yetirsək, yalnız türk lirəsi deyil, bir sıra digər ölkələrdə, hətta Avrozonada da məzənnənin aşağı düşməsi və son dövrlər avronun dollara nisbətən kəskin ucuzlaşması müşahidə olunur. Bir sıra MDB ölkələrinin valyuta bazarında volatillik var. MDB ölkələrinin valyutaları birbaşa məzənnə olaraq ABŞ ilə bağlıdır, ona görə də lirənin məzənnəsinin aşağı düşməsi iqtisadi baxımdan digər MDB ölkələrinin valyutasına xüsusi təsir formalaşdırmır” - deyən iqtisadçı-ekspert lirənin kəskin ucuzlaşmasında siyasi faktorların təsirini də istisna etmir: “Lirənin məzənnəsindəki azalmaların həm də siyasi tərəfləri var. Çünki Türkiyə ilə bir sıra Avropa ölkələrinin münasibətlərində müəyyən siyasi gərginliklər müşahidə olunur, xüsusən bir sıra Qərb ölkələrinin Türkiyəyə qarşı qeyri-obyektiv mövqeyi, bir sıra hallarda diskriminativ yanaşması Türkiyəyə yönəldilən investisiyaların həcminə də təsir göstərir. Bu isə Türkiyəyə, xüsusən Qərb ölkələrindən sərmayə cəlb edilməsində müəyyən çətinliklər yaradır. Və əslində Türkiyəyə birbaşa investisiyanın strukturuna diqqət yetirsək, daha çox vəsaitlərin Qərb deyil, Körfəz ölkələrindən daxil olduğunu görərik, bu baxımdan, siyasi münasibətlər də öz təsirini göstərir”.
Millət vəkili yaxın dövr üçün lirənin məzənnəsinin uzunmüddətli stabilləşəcəyi ehtimalının çox az olduğunu deyir: “Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin bir müddət əvvəl yenidən dəyişilməsi həyata keçirilirdi, lakin bu da türk lirəsinin azalmasının qarşısını ala bilmir. Güman olunur ki, lirənin məzənnəsindəki dəyişikliklər birbaşa Türkiyə iqtisadiyyatındakı vəziyyətin necə dəyişəcəyindən asılı olacaq. Həm idxalın artması, həm də xaricə gedənlərin sayının artması ilə əlaqədar dekabr ayında da Türkiyədə xarici valyutaya tələb artacaq. Hələlik yaxın dövr üçün lirənin məzənnəsinin uzunmüddətli stabilləşməsi gözlənilmir, amma əgər Türkiyə iqtisadiyyatında, xüsusən də xarici ticarət dövriyyəsində hesablaşmalar balansında stabillik müşahidə olunarsa, məzənnənin müəyyən qədər stabilləşməsi mümkündür, amma uzunmüddətli dövr üçün lirənin güclü şəkildə möhkəmlənməsi ehtimalları çox aşağıdır”, - deyə ekspert bildirib.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

