Dollar bahalaşacaqmı?
02.12.2021 [10:54]
Mübariz ABDULLAYEV
Son illərdə qlobal səviyyədə müşahidə edilən bir sıra mənfi proseslər milli iqtisadiyyatlar üçün arzuolunmaz nəticələrə gətirib çıxarıb. Mal və xidmətlərə istehlakın azalması fonunda iqtisadi aktivlik də aşağı düşüb. Sərt karantin qaydalarının yumşaldılmasından sonra qlobal iqtisadiyyatda bərpa işartıları görünsə də, bunun sürətlənəcəyini və davamlı prosesə çevriləcəyini birmənalı şəkildə təsdiqləmək mümkün deyil. Analitiklər, reytinq agentlikləri ehtiyatlı proqnozlar səsləndirirlər.
Bu vəziyyət milli valyutaların taleyində özünü büruzə verir. Son vaxtlarda bir sıra ölkələrin milli valyutalarının kəskin dəyər itirməsi ondan xəbər verir ki, ABŞ dollarının milli valyutalara təsiri səngimir, əksinə, artır, hətta bu təzyiq möhkəm iqtisadiyyata malik Avropanın vahid valyutası üzərində də hiss olunur.
Milli Məclisin deputatı Vüqar Bayramovun “Yeni Azərbaycan”a açıqlamasında səsləndirdiyi rəqəmlər dünyadakı mənzərə barədə konkret təsəvvür yaradır. “Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son 1 ayda dollara nisbətən hiss edilən dərəcədə zəifləyib. Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyədə noyabr ayında dollara nisbətən 9.5-dən 12.5-dək geriləyən lirə son ayda 22 faiz dəyərsizləşib”, - deyə Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ötən ay qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız olan və ən çox məhsul idxal etdiyimiz Rusiyanın milli valyutası rubl üçün də kədərli notlarla yadda qalıb. Noyabra dollara nisbətən 70.8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara 75.0 kursu ilə çıxarılıb. Bu, bir ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6 faizə yaxın ucuzlaşması deməkdir.
Dünyadakı və əsas ticarət tərəfdaşlarımızdakı belə vəziyyətlə müqayisədə Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nəzərən sabit qalması diqqət çəkir. Artıq bir neçə ildir ki, milli valyutamızın məzənnəsi dollarla müqayisədə kiçik tərəddüdlər ətrafında dəyişir və yaxud heç dəyişmir (1 USD = 1.7000 manat).
Bəs dünya və region ölkələrinin pullarından fərqli olaraq manatın möhkəm valyuta siyahısında yer almasını şərtləndirən amillər hansılardır? Bu sualın cavabında başqa bir sual da yaranır: milli valyutalar hansı hallarda dəyər itirirlər? Bu mexanizm sadədir. Bazarda valyuta qıtlığı yaranır, təklif tələbi ödəmir və bahalıq baş qaldırır. Hazırda Azərbaycanda biznesin və əhalinin valyutaya tələbi artıqlaması ilə ödənilir. Azərbaycanın ixracının əsasını neft və neft məhsulları təşkil edir. Neft isə dünya bazarında büdcəmizdə nəzərdə tutulduğundan xeyli baha qiymətə satılır. Bu o deməkdir ki, Neft Fonduna əlavə vəsaitlər gəlir. Hərraclarda valyuta satan əsas qurum da məhz Neft Fondudur. Fondun açıq məlumatlarında bildirildiyi kimi, qurum son vaxtlarda bir ay ərzində hərraclarda 500 milyon dollardan artıq valyuta satıb. Məsələn, oktyabr ayında bu rəqəm 539,9 milyon dollar həcmində olub. Bu təklif respublikamızda valyuta tələbinin artıqlaması ilə qarşılanması deməkdir. Bu kimi məqamlara diqqət çəkən Vüqar Bayramov vurğulayıb: “Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur”.
Son illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatında müşahidə edilən artım da manatın kursunun sabit qalmasına öz müsbət təsirini göstərir. Bir tərəfdən, daxili istehlakın getdikcə daha böyük həcmlərdə yerli istehsal hesabına qarşılanması ölkədən çıxarılan valyuta həcmlərinin kiçilməsi ilə nəticələnir. Digər tərəfdən, qeyri-neft ixracının artması ölkəyə əlavə valyuta axınını təmin edir.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, ölkəmizdə manatın məzənnə dəyişikliyi ilə bağlı sualların artması sırf psixoloji amillərdən qaynaqlanır. İndiki halda ölkəmizdə də dolların bahalaşacağı ilə bağlı səslənən iddialara rəvac verən hansısa dəyişikliklər, iqtisadi amillər yoxdur. Azərbaycan dövləti manatın kursunun sabit qalması ilə əlaqədar müvafiq addımlar atır, Mərkəzi Bank effektiv tənzimləmə tədbirləri görür. Məlumdur ki, respublikamızda üzən məzənnə siyasətinə keçid bəyan olunub. Lakin reallıqda üzən məzənnə siyasəti tətbiq edilmir və manatın səbətdəki valyutalara nəzərən məzənnəsi tənzimlənir. İndiyədək milli valyutanın məzənnəsinin sabit saxlanılması Azərbaycan dövlətinin sosial siyasətini təzahür etdirir. “Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - deyə Vüqar Bayramov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

