Sırada “Ümid”, “Babək”, “Abşeron” yataqları gəlir...
09.02.2022 [10:53]
Mübariz ABDULLAYEV
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında aparılan müzakirələr hazırda dünyada təbii qaz bazarında hökm sürən vəziyyət barədə konkret təsəvvür yaratdı. Baş verən bir sıra proseslər, ələlxüsus da Rusiya-Ukrayna münasibətlərinin kəskinləşməsi fonunda Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallığı daha da artıb. Məsələ burasındadır ki, “qoca qitə”nin “mavi yanacaq”a tələbatının təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilir. Ukraynanın yanında olduğunu bildirən və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi tələbini gündəmə gətirən Avropa buna görə təchizatçı ölkədən cavab zərbələri ala biləcəyindən ehtiyatlanır. Rusiyanın “mavi yanacaq” axınını dayandırması və yaxud ixrac həcmlərini azaltması soyuq qış aylarında Avropa üçün böyük sosial-iqtisadi fəsadlara yol aça bilər. Məsələni qəlizləşdirən həm də o amildir ki, Avropanın ayrı-ayrı ölkələri pandemiya şəraitində qış tədarükünün görülməsinə lazımi diqqət ayıra bilməyiblər və bu səbəbdən də hazırda anbarlar yarıya qədər boşdur. Vəziyyətin gərginliyini Avropa İttifaqının rəsmiləri daha yaxşı başa düşürlər. Bu səbəbdən də onlar “qoca qitə”yə digər mənbələrdən əlavə qaz təchizatına nail olmağa çalışırlar. Axtarışlar və müvafiq işlər müxtəlif versiyalar üzrə aparılır. Belə görünür ki, Aİ rəsmiləri Avropaya qaz tədarükünün artırılmasında yeni mənbəyə - Azərbaycana daha böyük ümidlər bəsləyirlər.
Avropanın ümidlərini doğrultmağa qadir olan ölkə
İndiki çətin dönəmdə Avropanın Azərbaycana təchizatla bağlı böyük inam bəsləməsi təsadüfi deyildir. Prezident İlham Əliyev bəhs olunan toplantıdakı çıxışında diqqəti Azərbaycanın 2006-cı ildən xarici bazarlara neft ixrac etməsinə yönəltdi. Söhbət heç də respublikamızdan neft ixracının tarixindən getmir. Dövlət başçımızın vurğuladığı əsas məqam ondan ibarətdir ki, ötən dövrdə təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm dayanmayıb. “Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Hazırda isə Azərbaycan həm də Avropaya qaz tədarükçüsü qismində çıxış edir. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizinin son seqmentinin - Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisini 2020-ci ilin dekabr ayında tamamlamaq mümkün oldu. Artıq 2021-ci ilin əvvəlindən etibarən respublikamızın “Şahdəniz” yatağının işlənməsinin “Faza-2” mərhələsi çərçivəsində hasil olunan “mavi yanacaq” yeni dəhlizlə Avropanın mərkəzi ölkələrinə çatdırılır. Azərbaycan qaz ixracında da öz ənənəsinə sadiq qalır - müqavilə öhdəliklərinin yerinə yetirilməsini özünün ən mühüm vəzifələrindən biri sayır. Toplantıda ifadə olunan fikirlərdən də göründüyü kimi, Avropa proqnozlaşdırıla bilən enerji siyasəti aparan Azərbaycanın timsalında yeni mənbə ölkəsi tapmaqdan məmnundur. Eyni zamanda, Azərbaycanın diversifikasiya olunmuş nəql marşrutuna malik olması ölkəmizə olan inamı daha da artırır. Məlumdur ki, hazırda Avropa həm də infrastrukturun hədsiz yüklənməsi səbəbindən digər mənbələrdən “mavi yanacaq” cəlb olunmasında çətinliklər çəkir. 3500 kilometr məsafədə uzanan Cənub Qaz Dəhlizi isə yeni və müasir infrastrukturdur. İndiki halda onun illik ötürücülük imkanlarını 31 milyard kubmetrədək artırmaq mümkündür.
Yeni yataqların işlənməsi
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. “Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Perspektivdə Azərbaycan təbii qaz istehsalını artırmağı hədəfləyib. Bu, bir tərəfdən ölkədə daxili istehsalın artması ilə bağlıdır. Respublikamızda müsbət demoqrafik vəziyyət hökm sürür. Bundan başqa, ölkə üzrə sənaye inkişafı genişlənir. Eyni zamanda, Azərbaycan işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı konkret planlara malikdir. Bütün bunlar yaxın perspektivdə respublikamızda mavi yanacağa daxili tələbatı artıracaq. Azərbaycan həm artan daxili tələbatı qarşılamaq, həm də xarici bazarlara daha böyük həcmlərdə qaz çıxartmaqdan ötrü yeni yataqların istismarına başlamaq niyyətindədir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatı bəllidir: 2,6 trilyon kubmetr. Bu həcmin böyük hissəsi - 1,2 trilyon kubmetri “Şahdəniz”in payına düşür. Hazırda, həmçinin digər layihələr üzərində də iş aparılır. Ölkəmizin ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə - təxminən bir il ərzində qaz hasilatına başlanılması tam realdır. Burada iş mərhələlərlə aparılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Yaxşı nəticə verəcəyinə ümid bəslənən digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetr həcmində dəyərləndirilir. Eyni zamanda, ölkəmizin çoxdan istismarda olan neft-qaz yataqlarının birindən - “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilər var. Mütəxəssislərin qənaətinə görə, sözügedən yatağın dərin lay hissəsində yüz milyardlarla kubmetr qaz var. Hazırda həmin layların işlənməsi istiqamətində intensiv iş aparılır.
Bütün bunlar Azərbaycanın təbii qaz ixracının perspektivləri barədə konkret təsəvvür yaradır. Yeni yataqların işlənməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq. “Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

