Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

24.09.2026 [12:02]

Roma Papası XIV Leonun Fransaya səfərinə bir gün qalmış Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. Sentyabrın 25-də və 26-da Fransanın paytaxtına təxminən 1 milyon ziyarətçinin gələcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, səfər zamanı təhlükəsizliyin təmin olunması üçün 14 minədək polis, jandarm və hərbçinin səfərbər ediləcəyi bildirilir.

XIV Leonun sabah Konkord meydanında açıq havada ayin keçirməsi planlaşdırılır. Tədbirdə təxminən 600 min insanın iştirakı gözlənilir.

Meydanda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri çərçivəsində 13 minədək sədd quraşdırılıb. Ayinə qatılacaq şəxslər üçün giriş məntəqələrində nəzarət həyata keçiriləcək, QR kodların və şəxsiyyət sənədlərinin, həmçinin çantaların yoxlanılması planlaşdırılıb.

Sentyabrın 25-də və 26-da ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyətlər genişləndiriləcək. Yaxınlıqdakı 10 metro stansiyasının bağlanacağı açıqlanıb.

Mümkün hava təhdidlərinə qarşı Fransa Hərbi Hava və Kosmik Qüvvələri də təhlükəsizlik əməliyyatlarına cəlb olunacaq. Parisdə dronlara qarşı mübarizə tədbirlərinə 80 nəfərin ayrılacağı bildirilir.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30