Azərbaycanla İran arasında Preferensial Ticarət Sazişi: Tərəflər nə qazanacaq?
25.02.2022 [10:19]
Postmüharibə dövründə regionda təhlükəsizliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaranıb. Region dövlətləri qalib Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda qarşılıqlı iqtisadi-ticarət əlaqələrini daha üstün səviyyəyə qaldırmağa böyük maraq göstərirlər. Proseslərin mərkəzində respublikamız dayanır. Qonşu dövlətlərin yüksək səviyyəli rəsmilərinin açıqlamalarından bəlli olur ki, onlar Azərbaycanın daim müsbət təşəbbüslər irəli sürməsinə, xoş məram nümayiş etdirməsinə böyük önəm verirlər və ölkəmizlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə ciddi maraq göstərirlər. Postmüharibə dövründə respublikamızla regionun ayrı-ayrı dövlətləri arasında mühüm sazişlərin imzalanması bunu bir daha təsdiqləyir. Perspektivdə isə Azərbaycanla qonşu İran arasında Preferensial Ticarət Sazişi sənədinin imzalanması gözlənilir.
Mübariz ABDULLAYEV
Yaxşı zəmin üzərində yazılan müasir tarix
Azərbaycanla İran arasında münasibətlər qarşılıqlı maraqlara və hər iki ölkənin xalqlarının tarixi yaxınlığına uyğun olaraq inkişaf edir. Hər iki dövlət bir sıra beynəlxalq platformalarda, o cümlədən də İƏT çərçivəsində oxşar mövqelərdən çıxış edərək bir-birilərinə dəstək göstərirlər. Bundan başqa, iki ölkənin yüksək səviyyəli rəsmiləri vaxtaşırı mühüm görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparırlar. Cari ilin yanvarında İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini respublikamıza səfəri baş tutdu. Onu Azərbaycan Prezidenti İlham Əliyev videoformatda qəbul etdi.
Azərbaycan Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında sonuncu görüş 28 noyabr 2021-ci il tarixində Aşqabadda baş tutub. Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu vurğulanıb. Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanıb. Görüşdə dövlətimizin başçısı ikitərəfli münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluğunu bildirib. “İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İqtisadi-ticarət əlaqələrinin genişlənməsində rekord səviyyə
İqtisadi sahədə əməkdaşlıq da iki ölkə arasındakı siyasi dialoqun yüksək səviyyəsinə adekvat şəkildə inkişaf edir. Hər iki tərəf qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı yaxşı göstərici hesab oluna bilər. Koronavirus pandemiyasının təsiri altında olan dünya iqtisadiyyatı və ticarətinin hələ də özünə gələ bilməməsinə baxmayaraq, 2021-ci ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30%-dən çox artıb. Bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında 30 illik dostluq münasibətlərinə dair yazdığı məqaləsində bildirib. Onun məlumatına əsasən, ticarət əlaqələri koronavirus pandemiyasından əvvəlki dövrlə müqayisədə nisbi artıma malik olmaqla son iki onillikdə ən yüksək səviyyəyə çatıb. Azərbaycanın İrandan idxalının genişlənməsi ilə yanaşı, qonşu ölkəyə ixracı da əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə respublikamızın qeyri-neft ixracının 11%-i məhz bu ölkəyə həyata keçirilib.
Şirkətlər üçün yeni imkanlar
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük perspektivlər gözlənilir. Cari il martın birinci yarısında Bakıda Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulub. İclasda Astaraçay üzərində piyada keçid körpüsünün, Astarada yük terminalının tikintisi və digər məsələlər müzakirə ediləcək.
Eyni zamanda, perspektivdə iki ölkə arasında Preferensial Ticarət Sazişi sənədi imzalanacaq. Preferensial Ticarət Sazişinin imzalanması tərəflərə hansı üstünlükləri qazandıracaq? Qeyd edək ki, son vaxtlarda beynəlxalq səviyyədə ölkələr arasında ticarətin asanlaşdırılmasına böyük önəm verilir. Ümumi tendensiya ondan ibarətdir ki, mövcud çətinliklər şəraitində şirkətlərin istehsal etdikləri məhsulların xarici bazarlara asan çıxışı təmin olunmalıdır. Buna preferensial ticarətdə nəzərdə tutulduğu kimi, gömrük rüsumlarının, müəyyən vergilərin azaldılması və yaxud tamam ləğv edilməsi yolu ilə nail olmaq mümkündür. Preferensial ticarətdə güzəştli gömrük keçidlərinin tətbiq ediləcəyi məhsulların siyahısı əvvəlcədən müəyyənləşdirilir ki, bu da istehsalçılarda ixraca yönəldilən məhsulların həcmlərini artırmağa stimul yaradır.
Qeyd edək ki, indiyədək Azərbaycanla qardaş Türkiyə arasında Preferensial Ticarət Sazişi imzalanıb. 25 fevral 2020-ci il tarixində imzalanan sənəd qanunla təsdiqlənərək 2021-ci ilin martında qüvvəyə minib. Oxşar sazişin İranla imzalanması iki qonşu ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına təkan verəcək. Yeni saziş bir sıra məhsulların hər iki ölkənin bazarlarına daha asan şəkildə çıxardılmasına, şirkətlərin xərc yükünün azaldılmasına imkanlar yaradacaq.
Hazırda Azərbaycan və İran arasında preferensial ticarət sazişinin imzalanması istiqamətində hər iki ölkənin nümayəndələri və müvafiq orqanları arasında müzakirələr davam edir. Bu barədə KİV-ə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib. “Hazırda preferensial ticarət sazişi üzrə əhatə olunan malların siyahısı hər iki tərəfdə müəyyən edilib və artıq bu siyahı İran tərəfinə də təqdim olunub. 51-52 məhsulun həmin preferensial ticarət çərçivəsində güzəştli şərtlərlə idxal və ixracı nəzərdə tutulur. Yəqin ki, tezliklə bu sazişin müzakirələri başa çatdırılacaq və sənəd imzalanacaq”, - deyə diplomat vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30

