Azərbaycanın milli iqtisadi təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi...
24.09.2010 [09:40]
Məlum olduğu kimi, Nazirlər Kabineti 2011-ci il və sonrakı üç ilin dövlət büdcəsi və icmal büdcənin layihələrini müzakirə edib. Eyni zamanda, hökumət ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəriciləri də nəzərdən keçirib. Büdcə layihəsi ilə bağlı ilkin rəqəmlər onu göstərir ki, gələn ilin dövlət büdcəsi respublikamızın inkişaf strategiyasını əks etdirməklə, mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir.
Qeyd edək ki, büdcə layihəsinin və sosial-iqtisadi inkişaf göstəricilərinin hazırlanmasında ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də, ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən, inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və digər faktorlar nəzərə alınıb. Göründüyü kimi, büdcənin tərtib olunmasında mövcud reallıqların və dünya maliyyə bazarlarında baş verə biləcək gözləntilərin təmkinlə nəzərə alınması hökumətin büdcə siyasətinə praqmatik yanaşmasının əyani təzahürüdür.
2011-ci ilin büdcə zərfinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir. Respublikamızın ali maliyyə sənədi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək maddi rifah, ölkəmizin müdafiə potensialının və hərbi qüdrətinin artırılması, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, məqsədli dövlət proqramlarının həyata keçirilməsinə mühüm maliyyə təminatı yaradır.
Maliyyə Nazirliyinin büdcə layihəsi ilə bağlı proqnozlarına əsasən, 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat təşkil edəcək. Büdcənin xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılır. Bu, büdcə vəsaitlərinin ümumi həcminin xarici valyuta ilə 16 milyard dolları ötməsi deməkdir. ümumiyyətlə, büdcə vəsaitləri ümumi daxili məhsulun (üDM) 31,7 faizi nisbətində formalaşacaq. Qeyd edək ki, gələn il büdcə vəsaitlərinin çoxalmasına üDM-in artımı mühüm təsir göstərəcək. Milli məhsulun artım dinamikası makroiqtisadi inkişafı təmin etməklə büdcə gəlirlərinin formalaşmasına əhəmiyyətli dərəcədə baza yaradacaq. Əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun artımı 2011-ci ildə yüksək inkişaf meyillərinin əldə olunmasına və respublikamızın iqtisadiyyatında pozitivliyin dərinləşməsinə səbəb olacaq, bütün iqtisadi bölmələrdə artım müşayiət olunacaq. Yeni ildə ölkəmizin maliyyə qüdrətinin artmasının müqabilində bütün bölmələrdə pozitivliyin yüksəlməsi gözlənilir.
Gələn ilin icmal büdcəsi, yəni, Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri də daxil olmaqla, ölkəmizin ümumi büdcə-maliyyə ehtiyatları 15 milyard 557,6 milyon manata bərabər olacaq. Bu isə büdcədən sosial müdafiə sahələrinə ayrılan vəsaitlərin davamlı şəkildə artımına stimul vermiş olacaq. ümumiyyətlə, büdcə gəlirlərinin artması həm iqtisadi, həm investisiya, həm də sosial layihələrin miqyasının genişlənməsi üçün əlavə stimul verəcək. Qeyd etdiyimiz kimi, ümumi büdcə xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi cari illə müqayisədə əhəmiyyətli dərəcədə artımla proqnozlaşdırılır. Bu isə pensiya və maaşların, təqaüdlərin, müavinətlərin yenidən artımına zəmin yaradır. Büdcədəki maliyyə resursları sosial təminat, sosial müdafiə və digər sahələr ilə yanaşı, eyni zamanda, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı və digər bölmələrdə də artım üçün mühüm təminat verir.
Qarşıdakı ilin ali maliyyə sənədində investisiya layihələri ilə bağlı xərclərin həcmi də əhəmiyyətli dərəcədə artırılacaq. Yəni, büdcə həm də daha çox investisiyayönümlü olacaq. 2011-ci ildə ən azı 500-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsi nəzərdə tutulur. Məktəb və xəstəxanaların, mədəniyyət, turizm, istirahət və idman komplekslərinin tikintisi, abadlıq və təmir-bərpa işlərinin davam etdirilməsi, yol-nəqliyyat, infrastruktur obyektlərinin inşası, elektrik enerjisi, qaz təsərrüfatı və digər kommunal xidmət sektorlarında islahatların həyata keçirilməsi investisiya proqramlarının əsas prioritetlərini təşkil edəcək.
2011-ci ildə hərbi xərclərin artırılması da büdcə vəsaitlərinin ümumi həcmində xüsusi yer tutacaq. Yeni ildə hərbi xərclərin əhəmiyyətli dərəcədə artması güclü müdafiə qabiliyyətinə və hərbi sənaye qüdrətinə malik olan respublikamızın bölgədə nüfuzunun daha da möhkəmlənməsinə imkan verəcək. ümumiyyətlə, yeni büdcə paketi Azərbaycanın milli iqtisadi təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi hesab oluna bilər. Büdcənin real maliyyə imkanları hesabına ölkəmizdə iqtisadi, sosial və investisiya sektorlarında ən mühüm layihələrin həyata keçirilməsini, inkişaf tendensiyasının davamlılığını, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını, qeyri-neft sektorunun inkişafının təşviqini, eləcə də, ölkənin müdafiə potensialının möhkəmləndirilməsini nəzərdə tutan kompleks tədbirləri reallaşdırmaq mümkün olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

