“Yaşıl enerji” dövrü
18.03.2022 [10:24]
Mübariz ABDULLAYEV
Qlobal miqyasda baş verən bir sıra proseslər, o cümlədən intensiv texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti və əlbəttə ki, sıfır emissiyasız iqtisadiyyat quruculuğuna keçid yeni çağırışlar yaradıb. Bu çağırışlardan biri də bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının artırılması ilə bağlıdır. Deyə bilərik ki, qlobal iqtisadiyyatda yeni mərhələ - “yaşıl enerji” dövrü öz yerini möhkəmlətməkdədir. Ekspertlərin bildirdiklərinə görə, alternativ mənbələrdən enerji istehsalı növbəti beş ildə 50 faiz artaraq 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında gözlənilir - müvafiq olaraq 60 və 30 faiz səviyyəsində.
Azərbaycanın böyük potensialı
Karbohidrogen resursları ilə zəngin olan Azərbaycan da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir.
Respublikamızda bərpaolunan enerji mənbələrinin coğrafiyası kifayət qədər genişdir. Bu xüsusda “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. “Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti 3-4 m/s olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti 11 m/s-dir. Bu da paytaxtda külək enerjisindən istifadə imkanlarının daha geniş olduğunu göstərir. Enerjiyə ən böyük tələbat paytaxtdadır və bu, yaxın perspektivdə tələbatın bərpaolunan enerji hesabına ödənilməsinə imkan yarada bilər”, - deyə millət vəkili vurğulayıb.
V.Bayramov nəzərə çatdırıb ki, Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Millət vəkili əlavə edib: “Azərbaycan növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək olan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizə qədər yüksəldilməsinə nail olmaqdan ibarətdir. Potensial var və son illər də Azərbaycan bu sahədə istehsal gücünü genişləndirməyə çalışır”.
Yeni imkanlar
Azərbaycanın bərpaolunan enerji mənbələrinin böyük bir hissəsi Vətən müharibəsində işğaldan azad edilən əra?ilərdə yerləşir. Mənfur düşmən üç onillik ərzində öz nəzarətində saxladığı ərazilərimizdən çıxardılarkən bütün enerji infrastrukturunu dağıdıb, avadanlıqları sıradan çıxardıb, mümkün olanları isə Ermənistana daşıyıb. Postmüharibə dövründə Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası çərçivəsində əvvəllər mövcud olan elektrik stansiyalarına ikinci həyat verir, eyni zamanda, yenilərini tikir. Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edib. 2021-ci ildə dövlət başçısının iştirakı ilə bəhs olunan ərazilərdə yenidən qurulan bir neçə su elektrik stansiyası istifadəyə verildi.
İşğaldan azad edilmiş ərazilərdə elektrik stansiyalarının bərpası əsasən daxili investisiyalar hesabına həyata keçirilir. Eyni zamanda, sözügedən ərazilərin bərpaolunan enerji mənbələrindən istifadə olunmasına xarici şirkətlər də böyük maraq göstərirlər. Burada BP şirkətinin reallaşdıracağı layihənin böyük iqtisadi səmərə verəcəyi proqnozlaşdırılır. İşğaldan azad edilən ərazilərin bərpaolunan enerji sahəsində geniş imkanlar yaratdığına diqqət çəkən Vüqar Bayramov bildirib: “Günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır”.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

